Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının nümayəndə heyətinin Berlin şəhərinə səfəri başlayıb.
AGTA sədri İsmayıl Cəbrayılov, sədr müavini İsrafil Xakiyev, beynəlxalq əlaqələr üzrə koordinator Tərlan Arzumanov və tərcüməçi hazırlığı üzrə koordinator Elvin Nurəddinlidən ibarət nümayəndə heyəti 2-3 avqust 2014-cü il tarixlərində Beynəlxalq Tərcüməçilər Federasiyasının Ümumi Konqresində, 4-6 avqustda isə Ümumdünya Tərcümə Konqresində iştirak edəcəklər. Səfər çərçivəsində həmçinin müxtəlif ölkələrin tərcüməçi birlikləri ilə çoxsaylı görüşlərin keçirilməsi planlaşdırılır.
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025