LAYİHƏLƏR

“Tərcüməçilər üçün Etik Davranış Kodeksi”

Layihə məqsədi: Tərcüməçilər üçün etik davranış kodeksinin təbliği və yayılması;

Layihə müddəti: 6 oktyabr – 6 dekabr 2011-ci il

İcraçı: AGTA Peşəkar İnkişaf Klubu

Layihə benefisiarı: Tərcüməçilər, tərcümə təhsili alan tələbə gənclər, tərcüməçilərlə işləyən tərəflər

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən iki ay müddətində tərcüməçilər üçün davranış kodeksi tərtib edilmiş və yayılmışdır.

 

“Gənc Tərcüməçilərə Dəstək”

Layihə məqsədi: Gənc tərcüməçilərə hərtərəfli dəstəyin təmin edilməsi, peşəkar tərcüməçilərin yetişdirilməsi

İcraçı: AGTA Peşəkar İnkişaf Klubu

Layihə benefisiarı: Tərcümə təhsili alan tələbə gənclər, məzunlar

Layihə tədbirləri: Seminarlar, təlimlər, görüşlər və s.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının bütün fəaliyyəti boyu hər akademik ilin noyabr-iyun aylarında icra edilməsi nəzərdə tutulan müddətsiz layihədir. Layihənin məqsədi, tərcümə təhsili almaqda olan tələbə gənclərə praktiki tərcümə vərdişləri qazandırmaq, tərcümə bacarıqlarını təkmilləşdirməkdir. Layihənin ilk mövsümü 2011-ci ilin noyabrından 2012-ci ilin iyun ayına qədər davam etmişdir.

 

“Vətəndaş Cəmiyyətinə Dəstək”

Layihə müddəti: 1 yanvar 2012-ci il – daimi

İcraçı: AGTA Könüllü Tərcüməçilər klubu

Layihə benefisiarı: Tərcümə təhsili alan tələbə gənclər, məzunlar, vətəndaş cəmiyyəti institutları, dövlət orqanları

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının bütün fəaliyyəti boyu icra edilməsi nəzərdə tutulan müddətsiz layihədir. Layihənin məqsədi məhdud büdcəli vətəndaş cəmiyyəti institutlarından, fərdlərdən gələn müraciətlər əsasında könüllü yazılı və şifahi tərcümə xidmətlərinin göstərilməsidir

“Gənc Bədii Tərcüməçilərə yardım”

Layihə müddəti: 5 may 2012-ci il – daimi

İcraçı: AGTA Bədii Tərcümə Klubu

Layihə benefisiarı: Gənc bədii tərcüməçilər, tələbələr, məzunlar, Azərbaycan dilli oxucular

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının bütün fəaliyyəti boyu icra edilməsi nəzərdə tutulan müddətsiz layihədir. Layihənin məqsədi bədii tərcümə ilə maraqlanan gənclərə hərtərəfli yardım göstərmək, onların əsərlərinin nəşr olunmasını təşkil etmək, eləcə də görkəmli xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilməsini təmin etmək, gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına töhfə verməkdir. Klub üzvlərinin tərcümə etdikləri əsərlər təcrübəli tərcüməçilər tərəfindən redaktə edildikdən sonra www.literary.agta.az saytında yerləşdirilir.

“Azneti zənginləşdirək”

Layihə müddəti: 1 oktyabr 2012-ci il – daimi

İcraçı: AGTA Yeni Media Klubu

Layihə benefisiarı: Azərbaycanın internet məkanı, yerli internet istifadəçiləri, AGTA üzvləri

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının bütün fəaliyyəti boyu icra edilməsi nəzərdə tutulan müddətsiz layihədir. Layihənin məqsədi yeni media alətlərinin dilimizə tərcüməsini təmin etmək və yeni mediadan istifadəni təbliğ etmək, eləcə də müxtəlif dillərdən olan ensiklopedik məlumatların tərcümə olunması yolu ilə internet məkanımızı zənginləşdirməkdir. Bu günədək, 50-dən yuxarı məqalə tərcümə olunaraq Wikipedia portalında və saytlarımızda yerləşdirilmişdir. Layihənin fəaliyyətinin yaxın zamanlarda daha da genişləndirilməsi və kütləviləşdirilməsi planlaşdırılır.

About Author: agta

Leave a Reply

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button