Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
AGTA-nın fəaliyyəti klublar üzərində qurulmuşdur. Klubların fəaliyyətini klubların koordinatorlarını bir araya gətirən Koordinasiya Şurası əlaqələndirir. Hər bir klub müstəqil layihələr həyata keçirməkdə sərbəstdir. Hal-hazırda AGTA-da 8 klub və 1 komitə fəaliyyət göstərir
Bədii Tərcümə klubu gənc bədii tərcüməçilərə yardım etmək, onların peşəkar tərcüməçilərin təcrübəsindən yararlanmasını təmin etmək, eləcə də dünya ədəbiyyatının zəngin nümunələrinin dilimizə tərcüməsinə nail olmaq, tərcümə olunmuş əsərləri təhlil etməkdir. Rəsmi saytı: www.literary.agta.az
Klub tərcümə sahəsində təhsil alan tələbələrin, eləcə də peşəkar tərcümə həyatına atılmış gənclərin tərcümə bacarıqlarının inkişafına yardım etmək məqsədilə yaradılmışdır.
Xaricdə təhsil almaq istəyən tələbələrə məsləhətlər təmin etmək, onları düzgün istiqamətləndirmək, xaricdə təhsil imkanları barədə düzgün məlumatlandırmaq məqsədilə yaradılmışdır.
YMK müxtəlif sosial media alətlərinə dair öyrədici materialların dilimizə tərcümə olunub internetdə yerləşdirilməsi, eləcə də internet məkanımızı zənginləşdirmək məqsədilə yaradılmışdır.
GTK peşəkar tərcümə həyatına yeni başlamış gəncləri bir araya gətirmək məqsədilə yaradılmışdır.
Ölkənin tanınmış şifahi və yazılı peşəkar tərcüməçiləri bir araya gətirmək məqsədilə yaradılmış klubdur.
Müxtəlif ölkələrin gəncləri ilə birgə mədəni layihələr həyata keçirmək, mədəniyyətlərarası kommunikasiyanın imkanlarından bəhrələnərək cəmiyyətdə nümunəvi təcrübələrin yayılmasına kömək etmək məqsədilə qurulmuşdur.
AGTA öz üzvlərinin işlə təminatına yardım etmək məqsədilə Məşğulluq Komitəsini yaratmışdır. fəaliyyətinə üzvlər haqqında məlumatlar bazasını yaratmaqla başlamış, Komitə təşkilatımıza gənc peşəkar kadrlar üçün müraciət edən şəxslərə və təşkilatlara bu baza əsasında uyğun namizədləri seçərək tövsiyə edir.
You must be logged in to post a comment.
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025