Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə noyabrın əvvəlində Bakıda keçirilən7-ci İnternet İdarəçilik Forumunun (IGF) yekunlarına dair tədbir keçirilib.
Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek, dövlət, özəl qurumların təmsilçiləri, media nümayəndələri, QHT nümayəndələri, o cümlədən könüllülər iştirak ediblər.
Forumun həyata keçirilməsində dəstək göstərən qurumlara təşəkkürnamələr təqdim edilib. İnternet İdarəçilik Forumunda könüllü tərcüməçiləri ilə təmsil olunmuş AGTA da mükafatlandırılan təşkilatlar arasında olub. BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi təşəkkürnaməni AGTA rəhbəri İsmayıl Cəbrayılova təqdim edib.
Tədbirin sonunda İGF-nin təşkilində fəal iştirak edən könüllülərə, o cümlədən AGTA-nı təmsil edən könüllü tərcüməçilərə sertifikatlar təqdim edilib.
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025