Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Azərbaycan Gənc Tərcüməçilər Asosiassiyasının Könüllü Tərcüməçilər Klubunun üzvləri bu dəfə 2012-ci il 6-9 noyabr tarixində Bakıda keçirilən İnternet İdarəçiliyi Forumunun (İGF) 7-ci konfransında könüllü tərcümə xidmətləri göstərmişdir. Vəzifələri, əsasən, yerli nümayəndələrlə xarici nümayəndələr arasında ünsiyyətə yardımçı olmaq, yerli jurnalistlərin tədbirin müxtəlif ölkələrdən gəlmiş yüksək rütbəli qonaqları ilə müsahibələrində tərcümə etməkdən ibarət olan AGTA könüllüləri öz işlərinin öhdəsindən layihqincə gəlmişlər.
Bundan başqa AGTA könüllüləri xarici nümayəndələrə şəhərimizi də tanıdıb və şəhərin tarixi məkanları, görməli yerləri barədə ətraflı məlumat veriblər. Onlar eyni zamanda itmiş əşyaların tapılmasında, xarici nümayəndələrin “Lost and Founds” (İtmiş və tapılmış əşyalar) bölməsi ilə əlaqə yaratmasında, tibbi, texniki və məişət sahələrində onların istiqamətləndirilməsində böyük rol oynayıb. Mərakeşli nümayəndə Nabil Benamarin səhhətində problem yaranan zaman üzvlərimiz tibbi tərcüməçi kimi kömək edib.
Sonda BMT-nin baş katibinin müavini Vu Honqbo və Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəliyev forumdakı könüllülərlə görüşüb, xatirə şəkli çəkdirib.
Qeyd edək ki, AGTA-nın 5 may 2012-ci il tarixdə keçirilən Ümumi Yığıncağında yaradılmış AGTA Könüllü Tərcüməçilər Klubu İGF forumunun təşkilində yardımçı olmaq üçün tədbirin təşkilindən hələ bir neçə ay əvvəl, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmiş və müraciət müsbət qarşılanmışdır. Nəticədə, AGTA-nın 5 üzvünün forumda əvəzsiz tərcümə xidmətləri göstərməsi RİTN ilə razılaşdırılmışdır.
AGTA Könüllü Tərcüməçilər Klubu
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025