Bədii Tərcümə Klubu Günel Mövludla görüşdü

Azərbaycan Gənc Tərcüməçilər Assosiyasiyasının Bədii Tərcümə klubunun Günel Mövludla görüşü keçirilib. Avqustun 12-də Diplomat oteldə baş tutan görüşün əsas məqsədi gənc tərcüməçilərin Günel Mövludun bədii tərcümə sahəsindəki təcrübəsini klubun üzvləri ilə paylaşmaq olub. Viktor Pelevin “ Oman Ra” romanı, Tatyana Tolstayanın “Sevimli Şura” hekayəsi, Mariya Matiosun “Qiyamət Günü “ hekayəsi və Qabriel Qarsia Markezin “ Yüz ilin tənhalığı” romanını tərcümə edən Günel Mövlud gənc həmkarları ilə bədii tərcümənin sirrlərini bölüşüb. Bədii tərcüməyə olan zərurətin səbəblərinin,düzgün tərcümə qaydalarının şərhini verən G. Mövlud gənc tərcüməçilərin suallarını cavablandırıb.
Görüşdə məşhur tərcüməçilər, edilən tərcümələr haqqında da maraqlaı faktlar danışılıb. Üzvlərlə səmimi ünsiyyətə önəm verən qonaq “ Yüz ilin tənhalığı” romanının tərcüməsi zamanı yaşadığı hissləri,bu əsərlə ilk tanışlığını,əsərin onun həyatında səbəb olduğu dəyişikliklər barədə gənc tərcüməçilərə məlumat verib.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button