HAQQIMIZDA

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, azərbaycanlı tərcüməçiləri bir araya gətirən, tərcüməçilərin ilk peşəkar təşkilatıdır. İki yüzə yaxın peşəkar, həvəskar tərcüməçiləri, tərcümə təhsili almaqda olan tələbələri bir araya gətirən AGTA 2011-ci il sentyabrın 30-da – Beynəlxalq Tərcüməçilər Günündə – bir qrup gənc tərcüməçi tərəfindən təsis edilib. Təşkilatın yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qurmaq, onların hüuqlarını və maraqlarını müdafiə etmək, tərcümə sənəti haqqında düzgün ictimai rəy yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq, eləcə də mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verməkdir. AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasının daimi üzvüdür.

 

Məqsəd və vəzifələr

  • Tərcüməçilərin hüquqlarının, sosial, iqtisadi və hüquqi maraqlarının müdafiə edilməsi;

  • Azərbaycanda, eləcə də xaricdə fəaliyyət göstərən azərbaycanlı tərcüməçilər arasında kommunikasiya qurulması;

  • Tərcümə sənəti və tərcüməçilərin gördüyü iş haqqında düzgün ictimai rəy yaratmaq, tərcüməçilərlə iş qaydalarını təbliğ etmək;

  • Tərcüməçilər arasında peşəkar etik davranış qaydalarının əməl olunmasını təbliğ etmək;

  • Tərcümə sahəsində təhsil alan gənclərə hərtərəfli dəstəyin təmin olunması;

  • Tərcüməçilər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsi;

  • Mədəniyyətlərarası kommunikasiyanın imkanlarından imkanlarından istifadə etməklə, cəmiyyətdə ən yaxşı təcrübələrin yayılması;

Tarixi

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 30 sentyabr 2011-ci ildə – Beynəlxalq Tərcüməçilər Günündə bir qrup gənc tərcüməçi tərəfindən təsis edilmişdir.

Təşkilatın ilk Ümumi Yığıncağı 5 aprel 2012-ci ildə keçirilmiş və təşkilatın sədri, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası seçilmiş, təşkilatın ilk klubları yaradılmışdır.

Dövlət Qeydiyyatı

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının təsisçiləri dövlət qeydiyyatı üçün ümumilikdə beş dəfə müraciət etmiş, bunlardan dördü uğursuzuqla nəticələnmişdir. Təşkilat, nəhayət, 29 noyabr 2011-ci il tarixdə “Gənc Tərcüməçilər” ictimai birliyi adı ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Məcburi ad dəyişikliyinə etiraz olaraq, həmçinin, təşkilatın adı təşkilatın fəaliyyətini tam əks etdirmədiyinə görə, Assosiasiya öz adı ilə dövlət qeydiyyatından keçmək üçün yenidən müraciət etmişdir. Təşkilat hal-hazırda öz tam adı ilə faəliyyət göstərir.

 

About Author: agta

Leave a Reply

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button