Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Bu gün (28 dekabr) Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyanın nümayəndələrinin Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin tələbələri ilə görüşü keçirilib. Görüşdə AGTA-nın üzvü olan peşəkar tərcüməçilər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd tərcümə təhsili almaqda olan tələbələrə peşəkar tərcüməçi hazırlığı ilə bağlı tövsiyələr vermək və onların tərcümə sənəti ilə bağlı suallarını cavablandırmaq idi.
Qeyd edək ki, AGTA tərcümə sahəsinin tədrisini həyata keçirən 3 aparıcı universitetlə (Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti və Bakı Slavyan Universiteti) əməkdaşlıq haqqında memorandum imzalamışdır. Həmin memorandum çərçivəsində AGTA tərəfindən qeyd olunan universitetlərin tələbələri üçün tərcümə sənəti ilə bağlı mütəmadi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
[nggallery id=25]
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025