Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
19 dekabr 2015-ci ildə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyanın Şərq Dilləri Mərkəzi və Mədəniyyətlərarası Təşəbbüslər Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq “Ərəb dili” günü qeyd edilmişdir.
Tədbirdə ərəb dilinin çoxəsrlik tarixi, onun Yaxın və Orta Şərq ölkələrində istifadəsi, Azərbaycanda ərəb dilinin yayılması, öyrənilməsi və tarixi barədə, eləcə də ərəb dili tədrisinin bugünki vəziyyəti tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Tədbirdə Azərbaycanda ərəb dilinin yayılması və öyrənilməsinin tarixi barədə ərəbşünas Leyla Məmmədova, Aynur Zərrintac çıxış etmiş, dilin ölkələr arasında dostluq münasibətlərinə xitab edən məsələ olduğunu qeyd etmişlər. Tədbirdə yeri gəldikcə yumoristik deyimlər, o cümlədən ərəbşünas Elçin Quluzadənin ifasında Nizar Qabbanidən şeir söylənilmişdir.
Sonra Avropa ölkələrində şərq dilləri, xüsusən ərəbşünaslıq üzrə təhsil almış tələbələrin təcrübəsi dinlənilmişdir. Tədbirin sonunda Azərbaycanda yaşayan və təhsil alan ərəbdilli tələbələrin müxtəlif internet şəbəkələrində Azərbaycanı təbliği barəsində təqdimetməsi nümayiş olunmuşdur. Tədbir ərəb dilinin ölkəmizdə tədrisi ilə bağlı qısa filmlə yekunlaşdırılmışdır.
[nggallery id=24]
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025