Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən yaradılan “Tərcüməçilərin elektron bazası” bu gün istifadəyə verilib. Elektron baza təşkilatın rəsmi veb saytında yerləşdirilib və ictimaiyyətə açıqdır.
Tərcüməçilərin maraqlarının qorunmasını və onların həyat şəraitinin yaxşılaşdırılmasını özünün başlıca prioriteti hesab edən təşkilatın bazanı yaratmasında məqsəd tərcüməçilərlə sifarişçilər arasında birbaşa əlaqə yaratmaq və arada vasitəçi olmadan sifarişlərin verilməsinə şərait yaratmaqdır. Artıq sifarişçilər bazaya daxil olaraq, arzuladıqları dil cütlüyü üzrə fəaliyyət göstərən tərcüməçiləri tapa və onların elektron ünvanına məktub göndərə biləcəklər.
Elektron bazada yalnız AGTA-nın tamhüquqlu üzvü olan peşəkar tərcüməçilər yer alır. Bazada tərcüməçilərin ixtisaslaşdığı sahələr və tərcümə növləri (yazılı, ardıcıl, sinxron), təcrübəsi və s. haqqında məlumatlar yerləşdirilir.
Bazanın ilkin versiyası istifadəyə verilsə də, bazada müntəzəm olaraq təkmilləşdirmə işləri aparılacaq və funksiyaları genişləndiriləcək.
Qeyd edək ki, elektron baza AGTA-nın maliyyə vəsaiti hesabına yaradılıb. Bazaya aşağıdakı linkdən daxil ola bilərsiniz:
www.agta.az/e-database/
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025