Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Aprelin 18-də Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının Mədəniyyətlərarası Təşəbbüslər Klubu tərəfindən “Multikulturalizm, Tolerantlıq və Sülh” devizi altında həyata keçirilən “Yaxın və Orta Şərqdə debat” layihəsi çərçivəsində israilşünas, ərəbşünas və iranşünas tələbələr arasında ilk simulyasiya oyunu baş tutmuşdur. “Fəlafel-Yaxın və Orta Şərq mətbəxinin nümunəsi kimi” mövzusunda keçirilən tədbirdə əsas məqsəd Yaxın və Orta Şərq ölkələrinin oxşar mədəni cəhətlərini tapmaq, qeyd olunan regionlar üzrə təhsil alan azərbaycanlı tələbələrin bilik və bacarıqlarının, dil, həmçinin, araşdırma qabiliyyətlərinin inkişaf etdirilməsidir. Tədbirdə tələbələr azərbaycan və ixtisas dillərində təqdimatlar etmiş, hər regionun özünəməxsus incəsənət nümunələri ilə çıxış etmişlər. Tədbirdə İran Mədəniyyət Mərkəzinin, İraqın Azərbaycandakı səfirliyinin, Misir Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak edərək tələbələrə dəstək vermişlər. Fələstin səfirliyinin dəstəyi ilə tədbir iştirakçılarına fəlafellər ikram edilmiş, fələstinli tələbələr öz rəqs nümunələri ilə tədbirə töhfə vermişlər. Sonda komandalarım hazırladığı fəlafellər kulinarlar tərəfindən hazırlanma və dad tamına görə qiymətləndirilmiş və bunun hazırlanma üsulundan bəhs edilmişdir. Tələbələrin araşdırma, təqdimat və müzakirə qabiliyyətləri isə yerli şərqşünas və bilici ekspertlər tərəfindən qiymətləndirilmişdir. [nggallery id=21]
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025