2-ci Ümumrespublika Tərcümə Müsabiqəsinin 1-ci və 2-ci turu başa çatıb

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən keçirilən 2-ci Ümumrespublika Tərcümə Müsabiqəsinin ilk 2 turu başa çatıb. Belə ki, aprelin 11-də 1-ci turda iştirak edən yüz nəfər gəncin yazılı tərcümə bacarıqları yoxlanmış, aprelin 12-də isə 2-ci tura keçən əlli nəfərin ardıcıl şifahi tərcümə bacarıqları yoxlanmışdır. Qeyd edək ki, 18-29 yaşlı gənc tərcüməçilərin iştirak etdiyi müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilir. Müsabiqənin final mərhələsi may ayının əvvəlində baş tutacaq və qaliblər elan ediləcək. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, azərbaycanlı tərcüməçiləri bir araya gətirən, tərcüməçilərin ilk peşəkar təşkilatıdır. İki yüzə yaxın peşəkar, həvəskar tərcüməçiləri, tərcümə təhsili almaqda olan tələbələri bir araya gətirən AGTA 2011-ci il sentyabrın 30-da – Beynəlxalq Tərcüməçilər Günündə – bir qrup gənc tərcüməçi tərəfindən təsis edilib. Təşkilatın yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qurmaq, onların hüuqlarını və maraqlarını müdafiə etmək, tərcümə sənəti haqqında düzgün ictimai rəy yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq, eləcə də mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verməkdir.

 

Tədbirdən şəkillər üçün buraya klik edin: https://www.facebook.com/media/set/?set=a.808559349219330.1073741852.184590238282914&type=1

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button