Beynəlxalq Tərcüməçilər Federasiyası Bakı görüşləri ilə bağlı press-reliz yayıb

Aprelin 3-də Beynəlxalq Tərcüməçilər Federasiyası 29-30 mart tarixlərində Federasiyanın Şurasının Bakı şəhərində keçirilən illik toplantısından sonra keçirilən görüşlərlə bağlı press-reliz yayıb.

Press-relizdə deyilir:

“Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə ev sahibliyi etdiyi Şura iclasından sonra BTF-in prezidenti və İcraçı Komitənin üzvləri (Federasiyanın baş katibi Sabine Colombe, vitse-prezidentlər Reiner Heard və Silvana Marchetti) şura üzvü İsmayıl Cəbrayılovun iştirakı ilə Azərbaycanda yazılı və şifahi tərcümə, terminologiya sahəsində fəaliyyət göstərən əsas maraqlı tərəflərlə görüşlər keçirmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov və Bakı Slavyan Universitetinin (BSU) rektoru Asif Hacıyevlə müzakirələr keçirilmişdir.

Görüşlər zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılı və şifahi tərcümə, terminologiya sahəsinə diqqətin artırılması, bu sahədə təhsil və tədris işinin təşkili, peşəkar inkişaf, yerli və regional peşəkar assosiasiyalarla əməkdaşlıq, eləcə də beynəlxalq standartlarla uyğunlaşma kimi çoxsaylı mövzular müzakirə olunmuşdur.

Hər üç görüş zamanı BTF prezidenti Cənab Lui yazılı və şifahi tərcümə, eləcə də terminologiyanın yüksək səviyyədə olması amilinin Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsində əhəmiyyətini vurğuladı. O, həmçinin qeyd etdi ki, Federasiyanın beynəlxalq tədbirlərinə, resurslarına və CİUTİ (Tərcüməçi və Dilmancların Tərcümə İnstitutlarının Daimi Konfransı Beynəlxalq Təşkilatı) kimi tərəfdaşlarla davam etməkdə olan əməkdaşlığına BTF-in yerli üzv təşkilatı olan AGTA ilə çıxış əldə etmək mümkündür.

Tərcümə Məekəzinin rəhbəri Afaq Məsud dövlət müəssisələri, eləcə də azad bazarda fəaliyyət göstərən tərcüməçilərin peşə standartlarının yaxşılaşdırılmasında xüsusilə maraqlı olduqlarını ifadə etdi. BTF standartların yaradılmasında güclü peşəkar assosiasiyaların əhəmiyyətini qeyd edərək peşəkar dəstək göstərməkdən və Azərbaycan kontekstinə uyğun ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan bir sistemin işlənib hazırlanmasında Tərcümə Mərkəzi, eləcə də Azərbaycan hökumətilə AGTA vasitəsilə işləməkdən məmnun olacaqlarını bildirdi.

Görüşlərin nəticələrinə əsasən, ADU və AGTA, eləcə də BSU və AGTA arasında Anlaşma Memorandumunun bağlanması ilə bağlı hazırlıq işləri görüləcək.

Press=relizi aşağıdakı linkdən yükləyə bilərsiniz:

https://agta.az/wp-content/uploads/2014/10/FITpr.pdf

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button