Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Azərbaycan Gənclər Fondunun dəstəyilə tərcümə tariximizdə daha bir ilkə imza atmaqdadır.
Bu gün, iyul ayının 5-də, AGTA-nın təşkilatçılığı ilə Fairmont Hotel-də Gənc Tərcüməçilərin I Ümumrespublika Tərcümə Müsabiqəsi keçirilir. Tədbirin açılış mərasimi saat 10.00-da baş tutub. AGTA sədri İsmayıl Cəbrayılov tədbir barədə məlumat verərək iştirakçılara uğurlar arzulamış, AGTA İdarə Heyətinin üzvləri İsrafil Xakiyev, Elmar Fərəcov müsabiqə başlamazdan əvvəl, gənc tərcüməçilərə onlar üçün faydalı oalcaq tövsiyələr vermişlər. Azəbaycan Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Ərəbov iştirakçıları salamladıqdan sonra Fond haqqında məlumat vermiş və Fondun gənclər üçün yaratdığı imkanlar barədə təqdimatla çıxış etmiş, gənclərə uğurlar arzu etmişdir.
Ölkə səviyyəsində son illərdə tərcümə sənətinə ayrılan diqqət fonunda keçirilən bu müsabiqənin məqsədi gənclər arasında tərcümə sənətini təşviq etmək, perspektivli gəncləri üzə çıxarmaq və onların işlə təminatında köməklik göstərməkdir.
Qeyd edək ki, Beynəlxalq Tərcümə Federasiyasının rəsmi təqvimində artıq öz yerini tutan bu müsabiqədə gənclərin yazılı, ardıcıl və sinxron şifahi tərcümə bacarıqları yoxlanılacaq. Müsabiqənin 2-ci turu isə 6 iyulda baş tutacaq.
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025