Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Siz xarici dildə səlis danışırsınız? Iki dildə danışma qabiliyyətinizlə digər insanlara kömək etmək istəyirsiniz? Məhkəmə sistemində işləmək niyyətindəsiniz? Əgər belədirsə, necə məhkəmə dilmancı ola biləcəyiniz haqqında oxuyun.
Məhkəmə dilmancı nədir?
Məhkəmə dilmancı kimi sizin vəzifəniz məhkəmə prosesində ingilis dilini bilməyən vətəndaşların ünsiyyət qurmasına yardım etməkdir. Siz hədəf dildə səlis danışmaqla yanaşı, həm öz yerli, həm də beynəlxalq hüquq sistemlərindən məlumatlı olmalısınız. Sizin vəzifəniz, həmçinin, təqsirləndirilən şəxsdən ifadə alınan zaman, istintaqlarda,hüquqi görüşlərdə və ilkin dinləmələrdə tərcüməçi kimi çıxış etməkdir . Bunun üçün heç bir xüsusi dərəcə tələb olunmasa da əksər məhkəmə dilmanclarının bakalavr dərəcəsi vardır.
Addım 1 : Orta məktəb təhsili
Məhkəmə dilmancı olmaq yolundaki hədəfinizə nail olmağa yardım edəcək bir sıra müxtəlif təhsil yolları vardır. Bununla belə, bir çox işəgötürənlər sizdən ən azından orta məktəbi bitirməyiniz haqqında sənəd tələb edəcəkdir. Sizi gələcək karyeranıza hazırlayan orta məktəb fənlərinə ingilis dili, ünsiyyət, oxu və anlama vərdişlərinin öyrədilməsi daxildir. Əgər siz ikidilli bir ailədə boyüməmisinizsə, o zaman ali orta məktəbdə təşkil olunan xarici dil kurslarını keçə bilərsiniz.
Addım 2: Bakalavr Dərəcəsi almaq.
ABŞ Əmək Statistika Bürosunun (ƏSB) məlumatına əsasən, məhkəmə dilmanclarının əksəriyyətinin ən azından bakalavr dərəcəsi vardır. (www.bls.gov). Müraciət edə biləcəyiniz bir bakalavr proqramı da, tərcümə üzrə bakalavr dərəcəsidır. Bü cür proqramlar sizə diqqətinizi sadəcə bir xarici dilə, məsələn, ispan, fransız, yaxud alman dilinə yönəltməyə imkan yaradır. Əlavə kurslardan isə diksiya, fonetika, kompozisiya və tərcümə proseslərini nəzərdən keçirmək olar.
Addım 3 : Sertifikasiya keçmək.
Əgər siz xarici dili artıq mükəmməl səviyyədə bilirsinizsə və ya tərcümə üzrə bakalavr dərəcəsi üzrə proqramı artıq tamamlamısınızsa , o zaman peşəkar məhkəmə dilmancı sertifikasiyasından keçməlisiniz. Bu cür proqramlarda sizi ABŞ hüquq və məhkəmə sistemi anlayışları ilə təmin etmək nəzərdə tutulmuşdur. Bu proqramlarda tələbələrə 4 illik universitetlərdə, icma kolleclərində və peşəkar təşkilatlarda təhsil almaq təklif olunur. Kurslara sinxron tərcümə vərdişləri, məhkəmə prosesləri, məhkəmə dilmanclığı və Cinayət Məcəlləsi ilə bağlı dərslər daxildir.
Addım 4 : Tərcüməçi yaxud Dilmanc kimi İşləmək.
ABŞ Əmək Statistika Bürosunun (ƏSB) məlumatına əsasən, bir çox işəgötürənlər ancaq bakalavr yaxud magistr dərəcəsi , 3 ildən 5 ilə qədər təcrübəsi və yaxud hər ikisi olan tərcüməçiləri işə götürürlər. Tərcümə şirkətində çalışaraq lazimi təcrübəni qazana bilərsiniz. Eyni zamanda, icma təşkilatlarında təcrübə keçə və ya könüllü tərcümə işi həyata keçirə bilərsiniz.
Addım 5: Məhkəmə dilmancı olmaq.
Siz Amerika Tərcüməçilər Assosiyasiyası və yaxud Tərcüməçilər və Dilmanclar Birliyi vasitəsilə tərcüməçi və ya dilmanc kimi rəsmi olaraq təsdiq edilə bilərsiniz, lakin bu məcburi deyil. ƏSB -a əsasən, tərcüməçilər və dilmanclar 2010-cu ildə 44,000-dən çox işdə çalışmışlar. Bu tərcüməçilərin təxminən 2,300 nəfəri yerli hökumət orqanları ilə işləmişdir. Həmin il bu sahə üzrə orta əmək haqqı təxminən $43,000 təşkil edirdi.
Tərcümə etdi: Gülnar Əlizadə
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025