Fələstin səfiri AGTA üzvləri ilə: “Fələstin məsələsinin qısa tarixi”

İyunun 1-də Azərbaycan Gənc Tərcüməçilər Klubunun üzvləri Fələstin dövlətinin Azərbaycan Respublikasındakı səfiri cənab Nasir Əbdül Kərimlə görüş keçiriblər. AGTA-nın Mədəniyyətlərarası Klubunun təşkilatçılığı ilə baş tutan görüşdə səfir “Fələstin məsələsinin qısa tarxi” adlı təqdimatla çıxış edib. 40-a yaxın iştirakçının iştirakı ilə baş tutan tədbirdə səfir Fələstinin 20-ci əsrdə keçdiyi çətin yol, İsrail-Fələstin münaqişəsinin başlanması, gedişi və cari vəziyyəti, Fələstin tarixi, mədəniyyəti, xarici dövlətlərlə o cümlədən Azərbaycan və Türkiyə ilə əlaqələri barədə çıxış etdi və iştirakçıların suallarına cavab verdi. Fələstin-Azərbaycan münasibətlərindən danışan cənab Nasir Əbdül Kərim Azərbaycanın hər zaman Fələstini dəstəklədiyini, hətta Fələstin səfirliyinin açılmasının da Azərbaycan hökumətinin dəvətilə baş tutduğunu diqqətə çatdırdı. İsrail-Azərbaycan əlaqələrinin Fələstinlə Azərbaycan arasındakı münasibətlərə təsir göstərməsi ilə bağlı suala cavab verən səfir İsraillə Azərbaycan arasındakı əlaqələrin praqmatik olduğunu, iqtisadiyyat və s. sahələrdə tərəfdaşlığa əsaslandığını və bunun Fələstinlə münasibətlərə qətiyyən təsir göstərmədiyini dilə gətirdi.

Tədbiri maraqlı cəhətlərindən biri ingilis və ərəb dilində keçirilməsi oldu. Belə ki, AGTA-nın əsasən ərəb və ingilis dili biliyinə malik üzvlərinin iştirak etdiyi görüşdə səfirin ingilis dilindəki çıxışını ərəb dilli üzvlər üçün elə AGTA-nın digər üzvləri pıçıltı tərcümə yolu ilə çatdırdılar. Ərəb dilində səfirə verilən və alınan cavablar da eynilə ingilis dilli üzvlər üçün ərəb dilli tərcüməçilər tərəfindən pıçıltı tərcümə yolu ilə çatdırıldı.

Tədbirdə AGTA-nın üzvü olan 40-dan yuxarı gənc iştirak etdi.

Sonda səfirlə xatirə şəkilləri çəkdirildi.

Fotoların müəllifi Elvin Bayramovdur.

[nggallery id=12]

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button