Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) 5 may 2012-ci ildə yaradılmış Bədii Tərcümə Klubunun Əsasnaməsi və üzvlük üçün müraciət forması təsdiq edildi. Ölkəmizdə fəaliyyət göstərən bədii tərcüməçiləri bir araya gətirmək, gəncləri bədii tərcümə sahəsinə həvəsləndirmək, bədii tərcüməçilərin orta yaşını aşağı salmaq məqsədilə yaradılmış klubda üç üzvlük kateqoriyası müəyyən edilib:
Daimi üzv – Aktiv olaraq bədii tərcümə ilə məşğul olan, tərcümələri müxtəlif çap və elektron nəşrlərdə müntəzəm çap olunan peşəkar bədii tərcüməçilər.
Həmkar üzv – Bədii tərcüməyə marağı olan, həvəskar tərcümələr edən, tərcümələri müəyyən aralıqlarla nəşr edilən və ya edilməyən tərcüməçilər.
Tələbə-üzv – Tərcümə, dilçilik, filologiya, ədəbiyyat fakültələrinin tələbələri
Əsasnamənin təsdiq olunması ilə eyni zamanda BTK-ya üzvlüyə qəbul açıq elan edildi. Üzvlüyə qəbul edilmək üçün aşağıda göstərilən linkdəki üzvlük üçün müraciət formasını doldurub literary@agta.az ünvanına göndərmək tələb olunur.
ÜZVLÜK ÜÇÜN MÜRACİƏT FORMASI: http://literary.agta.az/btkmembership.doc
ƏSANAMƏNİN TAM MƏTNİ: http://literary.agta.az/klub-haqqinda/klubun-%C9%99sasnam%C9%99si/
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025