Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri İsmayıl Cəbrayılov Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) İcraiyyə Şurasının illik toplantısında iştirak edib. Martın 2-3-də Oslo şəhərində keçirilən toplantıda 2014-cü ildə BTF-in Berlində keçiriləcək Ümumdünya Konqresinə hazırlıqlar, BTF-in 60-cı ildönümünə hazırlıq, şəbəkələşmə və həmrəylik məsələləri, 2013-cü il üçün təşkilatın fəaliyyət planı, büdcəsi, yeni üzvlərin qəbulu və s. məsələlər müzakirə edilib.
İsmayıl Cəbrayılov tədbirdə BTF-in ən yeni üzvü olan AGTA-nın fəaliyyəti barədə məlumat verib: “Xüsusilə, təşkilatın sosial şəbəkələrdə fəal iştirakı rəhbərlik tərəfindən təqdir edildi. BTF prezidenti xanım Marion Boers qısa zamanda təşkilatın yüksək səviyyədə qurulmasından öz razılığını bildirdi.”
AGTA sədri iclasda ən çox verilən sual barədə bunları deyib: ” Ən çox verilən sual təşkilatın adındakı “gənc” sözü idi. Bəziləri bunun yaşla bağlı diskriminasiyaya yol verə biləcəyini söyləsə də, bildirdim ki, nizamnaməmiz belə bir məhdudiyyət qoymur. Bəziləri isə sadəcə hardan qaynaqlandığı ilə maraqlanırdılar. Çünki BTF-də bu ilk belə praktikadır. BTF təşkilatımızın federasiyaya yeni nəfəs gətirəcəyini gözləyir. Əminəm ki, tezliklə ən fəal üzvlərdən olacağıq. Toplantıda artıq bir çox təşkilatlarla əməkdaşlıq barədə razılıq əldə etmişik”.
Səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə həyata keçirilmişdir.
Xatırladaq ki, AGTA ötən il oktyabrın 30-dan BTF-ə 3 il müddətinə müşahidəçi üzv qəbul edilib.
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025