Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
24-25 dekabr 2012-ci il tarixlərində Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəhbərliyi və koordinatorları Qafqaz Universiteti və Bakı Slavyan Universitetində tələbələrlə görüşlər keçiriblər. Görüşlərdə AGTA sədri İsmayıl Cəbrayılov təşkilatın fəaliyyətini əks etdirən təqdimatla çıxış edərək, AGTA-nın yaranması, gördüyü işlər və gələcək planları barədə məlumat verib. AGTA Bədii Tərcümə Klubunun koordinatoru Günel Əbilova, Könüllü Tərcüməçilər Klubunun koordinatoru Nərmin Nəmmədova və Nəzarət-Təftiş Komissiyasının sədri Günel Təhməzzadə təşkilatın müvafiq bölmələrinin fəaliyyəti barədə tələbələri məlumatlandırmış, tələbələrin suallarını cavablandırmışlar.
[nggallery id=6]
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025