AGTA üzvü İtaliyada tərcümədə

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə 14 ölkədə fəaliyyət göstərən Clark Football Languages LTD şirkətinin Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığında yerləşən ofisinin növbəti əməkdaşlığı çərçivəsində AGTA üzvü Məryəm Mehdiyeva 5-6 dekabr 2012-ci il tarixlərdə Neftçi (Azərbaycan)- İnter (İtaliya) klubları arasında keçirilən futbol qarşılaşması ilə əlaqədar İtaliyanın Milan şəhərində tərcümə xidmətləri göstərmişdir. Mehdiyeva oyundan qabaq və sonra keçirilən mətbuat konfranslarında, eləcə də komanda nümayəndələrinin müxtəlif görüşlərində tərcümə xidməti göstərmiş, eləcə də oyun zamanı səsləndirmə təmin etmişdir

Xatırladaq ki, eyni şirkətin AGTA-ya ünvanladığı bundan öncəki müraciət əsasında AGTA üzvü Samirə Mirzəliyeva 25-26 iyul tarixlərində İnter Bakı – Asteras Tripolis klubları arasında keçirilən futbol qarşılaşması ilə əlaqədar Yunanıstanda yunan-azərbaycan dilində tərcümə xidməti göstərmişdir.

[imagebrowser id=5].

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button