AGTA VII İnternet İdarəçilik Forumunun təşkilində iştirakına görə mükafatlandırılıb

Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə noyabrın əvvəlində Bakıda keçirilən7-ci  İnternet İdarəçilik Forumunun  (IGF) yekunlarına dair tədbir keçirilib.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek, dövlət, özəl qurumların təmsilçiləri, media nümayəndələri, QHT nümayəndələri, o cümlədən könüllülər iştirak ediblər.

Forumun həyata keçirilməsində dəstək göstərən qurumlara təşəkkürnamələr təqdim edilib. İnternet İdarəçilik Forumunda könüllü tərcüməçiləri ilə təmsil olunmuş AGTA da mükafatlandırılan təşkilatlar arasında olub. BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi təşəkkürnaməni AGTA rəhbəri İsmayıl Cəbrayılova təqdim edib.

Tədbirin sonunda İGF-nin təşkilində fəal iştirak edən könüllülərə, o cümlədən AGTA-nı təmsil edən könüllü tərcüməçilərə sertifikatlar təqdim edilib.

 

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button