Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Azərbaycanda fəaliyyət göstərən tərcüməçilər üçün hazırlanmış ilk Etik Davranış Kodeksi Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən dekabrın 8-də, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirilmiş tədbirdə təqdim edildi.
“Ölkəmizdə fəaliyyət göstərən bütün tərcüməçiləri bu Kodeksə əməl etməklə cəmiyyətdə tərcmüəçilər və tərüməçilər haqqında düzgün ictimai rəy formalaşdırmağa çağırırıq,” deyə AGTA sədri İsmayıl Cəbrayılov qeyd etdi.
Tərcüməçilərin davranış qaydalarını, etik normaları, hüquq və vəzifələrini tənzimləyən Kodeks sifarişçi ilə münasibətlər, məlumatın tərcüməsi zamanı məxfiliyə əməl olunması, qərəzsizlik, obyektivlik, bitərəflik, peşə həmrəyliyi, tərcümə bacarığı, əməyin ödənilməsi kimi bölmələri əhatə edir.
Kodeksin tam mətni AGTA-nın rəsmi veb səhifəsinə yerləşdirilmişdir.
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025