AGTA-da hansı üzvlük kateqoriyaları var?

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının üzvlüyünə qəbul 8 kateqoriya üzrə həyata keçirilir:
a) Daimi üzv – (1) aktiv tərcümə fəaliyyəti ilə məşğul olan, (2) Assosiasiya tərəfindən müəyyənləşdirilən akkreditasiyadan keçmiş, (3) Azərbaycan Respublikasının vətəndaşı və ya daimi yaşayış icazəsi olan üzvlər;
b) Müxbir üzv – (1) aktiv tərcümə fəaliyyəti ilə məşğul olan, (2) Assosiasiya tərəfindən müəyyənləşdirilən akkreditasiyadan keçmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığı və ya daimi yaşayış icazəsi olmayan üzvlər;
c) Həmkar üzv – tərcümə fəaliyyəti ilə məşğul olan, daimi üzlük üçün göstərilən (1) və ya (2) kriteriyalara cavab verməyən, lakin Assosiasiyanın məqsədlərinə çatmasına töhfə vermək istəyən üzvlər. Həmkar üzvlər göstərilən kriteriyalara cavab verdikdən sonra Daimi və ya Müxbir üzv seçilə bilər.
ç) Tələbə üzv – tərcümə, filologiya, dilçilik və digər əlaqəli sahələrdə əyani və ya qiyabi təhsil alan hər bir şəxs Tələbə üzv ola bilər. Tələbə üzvlük statusu maksimum 6 il saxlanıla bilər.
d) Gənc-üzv – Xarici dil bilikli, 18 yaşına çatmış, Azərbaycan Respublikasının vətəndaşı və ya daimi yaşayış icazəsi olan istənilən gənc Assosiasiyaya üzv ola bilər.
e) Məsləhətçi üzv – Assosiasiyanın məqsədlərinə çatmasına töhfə vermək istəyən, tərcümə fəaliyyəti ilə məşğul olmayan, xarici dil biliyi olmayan üzvlər;
f) Kollektiv üzv – tərcümə və ya dilçilik sahəsində maraqlı olan kommersiya və qeyri-kommersiya təşkilatları; Kollektiv üzv Assosiasiya üzrə bir nümayəndə təyin edir.
h) Fəxri üzv – (1) Assosiasiyanın inkişafında, və ya (2) tərcümə və dilçilik sahəsində xidmətləri olan, Ümumi Yığıncağın üçdə-iki səs çoxluğu ilə seçilmiş üzvlər;

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button