post

VİKİHƏRƏKAT XAÇMAZDA: REGİONLARDA TƏLİMLƏRƏ START VERİLDİ

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində regionlar üzrə təlimlərə start verildi. Bölgələr üzrə ilk təlim oktyabrın 19-da Xaçmaz şəhərində keçirildi.

Xaçmaz şəhərində keçirilən təlimdə Şimal bölgəsini təmsil edən iştirakçılar onlayn ensiklopediya  olan Vikipediyanın mahiyyəti, məqsədi və  müxtəlif aspektləri haqda nəzəri məlumatlandırılmış və Vikipediyada işləməyə dair praktiki bacarıqları əldə etmişlər. Təlim Vikipediyanın Azərbaycan bölməsinin istifadəçisi Eyyub Ziya tərəfindən keçirildi və təlimdən sonra sərbəst şəkildə Vikipediyada məqalə yerləşdirə bilmələri üçün iştirakçılar “Vikipediyaçıların masaüstü kitabçası” ilə təmin olundu.

Regionlar üzrə təlimlərin məqsədi təkcə paytaxt Bakıda deyil, regionlarda da Vikipediya könüllülük hərəkatını təbliğ etmək və yaymaqdır.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.v1 v2 v3 v4 v5 v6