post

Sabah Şirvan şəhərində VİKİHƏRƏKAT layihəsi çərçivəsində növbəti təlim keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi çərçivəsində Vikipediya ilə bağlı növbəti təlim sabah – noyabrın 2-də Şirvan şəhərində keçiriləcək. Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.

Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

post

Facebook bir milyard dollar ödədi, lakin bu şirkəti ala bilmədi

Facebook hər gün 350 milyon şəklə ev sahibliyi edən Snapchatı bir milyard dollara almaq istədi lakin onun bu təklifi rədd edildi. Külli miqdarda sərmayə qoyulmuş texnologiya firmalarının bəziləri müflis oldu və müflis olan şirkətlərin sayı getdikcə artmaqdadır. Bu vəziyyət sərmayəçiləri narahat edir. Lakin Facebook məqsədinə çatmaq üçün böyük risklərə belə hazırdır. Texnologiya şirkətlərinin belə bir vaxtında məşhur şəkil paylaşma tətbiqetməsi olan Snapchata bir milyard dollar təklif etmək məhz cəsarət göstəricisidir. “The Wall Street” jurnalına əsasən, Snapchatın baş icraedici direktoru Evan Spiegel Facebookun bu səxavətli təklifinə yox cavabı verib. Keçən il Facebook bir milyard dollar ödəyərək İnstagramı satın almışdı. Facebook hər gün 350 milyon şəkil paylaşılan Snapchatı almaqla Vine qarşı böyük bir üstünlük qazanmış olacaqdı. Əlbəttə ki, bu bol sıfırlı rəqəmlərin arxasında gənclərin Facebooka günbəgün itən marağı da dayana bilər. Facebook Snapchatı almaqla bağlı təklif irəli sürməzdən əvvəl onun kopyasını yaratmğa cəhd etdi və Poke adlanan şəkil paylaşmaq tətbiqetməsi hazırladı. Lakin Snapchatın klonu olaraq tanınan bu tətbiqetmə az müddət sonra fəaliyyətini dayandırdı.

post

“Türkpedia” yaradılacaq?

Türk Tarix Qurumunun sədri Metin Hülagü bildirib ki, Vikipediyadan yeni bir Türkpedia yaratmaq istəyirlər. Hazırda bu işin əsasları ilə məşğul olan Metin bəy bildirib ki, artıq insanların rəflərdəki kitablardan deyil, onlayn ensiklopediyalardan yararlandığını əsas götürərək, Vikipediyaya bənzər türk əsaslı onlayn ensiklopediya yaratmaq lazımdır. Bu, həm də doğru məlumat əldə edə bilmək üçün önəmlidir. Vikipediyada hər kəs bildiyini, doğru və ya yanlış şəkildə paylaşdığı üçün türk mədəniyyətini, incəsənətini özündə düzgün əks etdirən yeni bir platformaya ehtiyac var.
MEtin Hülagü bildirin ki, yeni ensiklopediyanın adı Türkpedia olmayacaq, bu sadəcə işin mahiyyətini əks etdirmək üçündür.

post

Vikipediya məlumatlarının oflayn olaraq əldə edilə bilməsi üçün yeni layihəyə başlayıb

İnkişaf etməkdə olan ölkələri hədəfləyən və Wikipedia Zero adlanan layihə çərçivəsində istifadəçilər Vikipediyadakı məlumatları ödənişsiz SMS vasitəsi ilə əldə edə biləcəklər. Vikimedia bu proqramla məlumatları əldə etməkdə yaşanan problemləri aradan qaldırmağı planlaşdırır. İnternet üçün ödəniş etməyə gücü çatmayan və bu səbəbdən internetdəki məlumat axınından məhrum olan insanların ödənişsiz olaraq bu xidmətdən faydalanmasını hədəfləyən sistemin bu cəhətdən FACEBOOK-un internet.org layihəsinə bənzər bir məqsədi olduğu görünür.
wikipediasms_441484561
Wikipedia Zero çərçivəsində ödənişsiz SMS xidmətini təmin edəcək olan Vikipediya bunu GSM şirkətləri ilə müqavilə şəklində edəcək.
Layihənin ilk olaraq həyata keçiriləcəyi bölgə Keniya olacaq. Bu bölgədə AirTel ilə müqavilə bağlayan Vikipediya daha sonra bu layihəsini Afrikadakı digər inkişaf etməkdə olan ölkələrdə yaymağı planlaşdırır.

VİKİHƏRƏKAT LƏNKƏRANDA: TƏLİMLƏR DAVAM EDİR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində regionlar üzrə təlimlər davam edir. Bölgələr üzrə ikinci təlim oktyabrın 26-da Lənkəran şəhərində keçirildi.

Lənkəran şəhərində keçirilən təlimdə Cənub bölgəsini təmsil edən iştirakçılar onlayn ensiklopediya  olan Vikipediyanın mahiyyəti, məqsədi və  müxtəlif aspektləri haqda nəzəri məlumatlandırılmış və Vikipediyada işləməyə dair praktiki bacarıqları əldə etmişlər. Təlim Vikipediyanın Azərbaycan bölməsinin istifadəçisi Eyyub Ziya tərəfindən keçirildi və təlimdən sonra sərbəst şəkildə Vikipediyada məqalə yerləşdirə bilmələri üçün iştirakçılar “Vikipediyaçıların masaüstü kitabçası” ilə təmin olundu.

Regionlar üzrə təlimlərin məqsədi təkcə paytaxt Bakıda deyil, regionlarda da Vikipediya könüllülük hərəkatını təbliğ etmək və yaymaqdır.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.l4 l5 l6 l7 l8 l9

 

Sabah “VikiHərəkat” çərçivəsində Lənkəranda təlim keçiriləcək

“VikiHərəkat” çərçivəsində keçirilən “Vikipediya” ilə bağlı təlimlərin ikinci mərhələsinin ilk təlimi olan 19 oktyabr tarixli Xaçmaz (Şimal regionu üzrə) təliminin ardınca, 26 oktyabr tarixində ikinci təlim – Lənkəranda(Cənub regionu üzrə) keçiriləcək. Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək. Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər. Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

Müəllimlərə Facebookdan istifadə qadağan olundu

Almaniyanın Yeynland Pfalz əyalətində müəllimlərin sosial şəbəkələrdə şagirdləri ilə dost olmaqları qadağan edildi. “Bild” qəzetinin verdiyi məlumata görə, Yeynland Pfalz əyalətində müəllimlərin Facebook və oxşar sosial şəbəkələrdə müəllimlərin şagirdləri ilə dost olmağı, dərs qeydlərini paylaşmaqları, tapşırıq verməkləri və ya gəzintiyə çıxmaq kimi planlar qurmaqlarına qadağa qoyulub. Qadağanın səbəbi kimi isə Facebook-un şəxsi məlumatları dəyərləndirən platforma olması və bununla tədris müəsissəsinin təhsilvermə öhdəliyini pozması göstərilib.

post

Vikipediya saxta məlumatların izindədir

Veb-ensiklopediya olan Vikipediya pul qarşılığında yazılan tərəfli məqalələri və təhrikçilik məqsədilə açılmış hesabları yığışdırmağa hazırlaşır. Vikimedia fondunun redaktoru Syu Qardner yüzlərlə hesabın şübhəli olduğunu bildirərək hal-hazırda 250 hesabı indidən bağladıqlarını deyir.  “Məqsədimiz oxucularımıza bitərəf və etibarlı məlumat mənbəyi təqdim etməkdir” deyən Qardnerə görə bu cür yanaşmalar Vikipediyanın bir çox insanın gözündəki dəyərini düşürür. Redaktorlara görə, bir çox istifadəçi kiçik qurumlardan, sənətçilərdən, firmalardan pul alaraq ensiklopediyada işlər aparır. Ancaq pul qarşılığında yazılan məqalələrin  hamısında haqqında yazılan şeyi tərifləmək kimi bir xüsusiyyət var və Vikipediyanın obyektivlik maddəsinə tərs olaraq bu məqalələrdə əsla mənfi cəhətlərdən bəhs edilmir.

post

VİKİHƏRƏKAT XAÇMAZDA: REGİONLARDA TƏLİMLƏRƏ START VERİLDİ

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində regionlar üzrə təlimlərə start verildi. Bölgələr üzrə ilk təlim oktyabrın 19-da Xaçmaz şəhərində keçirildi.

Xaçmaz şəhərində keçirilən təlimdə Şimal bölgəsini təmsil edən iştirakçılar onlayn ensiklopediya  olan Vikipediyanın mahiyyəti, məqsədi və  müxtəlif aspektləri haqda nəzəri məlumatlandırılmış və Vikipediyada işləməyə dair praktiki bacarıqları əldə etmişlər. Təlim Vikipediyanın Azərbaycan bölməsinin istifadəçisi Eyyub Ziya tərəfindən keçirildi və təlimdən sonra sərbəst şəkildə Vikipediyada məqalə yerləşdirə bilmələri üçün iştirakçılar “Vikipediyaçıların masaüstü kitabçası” ilə təmin olundu.

Regionlar üzrə təlimlərin məqsədi təkcə paytaxt Bakıda deyil, regionlarda da Vikipediya könüllülük hərəkatını təbliğ etmək və yaymaqdır.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.v1 v2 v3 v4 v5 v6

Tvitterdən növbəti yenilik

Facebook-dan sonra dünyada ən çox istifadəçisi olan sosial media saytı Tvitter tətbiqetmələr üzərində işləməyə davam edir. Belə ki, Tvitterdə birbaşa ismarış göndərə bilmək yeniliyi tətbiq edildi. Bundan sonra sosial media saytı istifadəçilərinə birbaşa ismarış ala bilmək imkanı təqdim edəcək. Yəni, əgər istifadəçi bu seçimi işarələyərsə, hər kəsdən birbaşa ismarış qəbul edə biləcək. Bildiyiniz kimi, indiyə qədər Tvitterdə bir nəfərə birbaşa ismarış göndərə bilmək üçün həmin adamı izləmək lazım idi. Lakin, artıq belə bir çətinlik olmayacaq. İndi siz özünüz seçə biləcəksiniz, əvvəlki kimi yalnız izləyicilərinizdən ismarış ala bilərsiniz ya hər kəsdən birbaşa olaraq ismarış qəbul edə bilərsiniz.