İlkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə “Təlimçilərin təlimi” keçiriləcək. İkinci mərhələdə isə hazırlanmış təlimçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, Şimal bölgəsi üzrə Xaçmazda, Cənub bölgəsi üzrə Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.

Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaq. “VikiHərəkat”da “Vikipedia”da məlumatların yerləşdirilməsi ilə məşğul olan hər kəs iştirak edə bilər. Müraciətlər Azərbaycanın bütün şəhər və rayonlarından qəbul edilir. İştirakçıların bütün xərcləri qarşılanır.

One thought on “TOT

  1. Pingback: “VikiTəlimçilərin Təlimi” üçün ərizə qəbulu başladı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *