[box type=”info”]VikiHərəkat layihəsi haqqında Məlumat[/box]  

header1

Azərbaycan Respublikasının Prezidentinin 28 mart 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI imzalanmışdır. Sərəncamın 22-ci bəndinin (Azərbaycana dair kontentin və Vikipedia kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsini nəzərdə tutur.

Yarandığı zamandan etibarən, Azərbaycan dilində onlayn kontentin genişləndiriməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası Rabitə və İnformasiya Texnologiya Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin dəstəyilə “VikiHərəkat” layihəsinin icrasına başlamışdır. Ilin sonuna qədər davam edəcək bu layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, Azərbaycanda Vikipedia könüllülük hərəkatının yayılmasından ibarətdir.

VikiHərəkat necə fəaliyyət göstərəcək?

VikiHərəkat iki əsas komponenti özündə ehtiva edir. Bunlardan birincisi, VikiHərəkata qoşulan fərd və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə Vikipediyada məqalələrin yerləşdirilməsi, eləcə də onların bacarıqlarının artırılmasıdır.

Layihənin ikinci əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar Vikipediyaçılarının səriştəsinin artırılmasıdır. Belə ki, ilkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə “Təlimçilərin təlimi” keçiriləcək. İkinci mərhələdə isə, hazırlanmış təmsilçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar Vikipediyaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim – Gəncədə, Şimal bölgəsi üzrə -Xaçmazda, Cənub bölgəsi üzrə – Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək. Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaqdır.

VikiHərəkata kimlər və necə qoşula bilər?

VikiHərəkata fərd və ya təşkilat olaraq qoşulmaq mümkündür.

Təşkilat olaraq VikiHərəkata qoşulmaq üçün +99412 497 80 09, +99451 931 01 86 əlaqə saxlaya bilərsiniz.

Fərd olaraq qoşulmaq üçün  Ərizə Formasını doldura bilərsiniz. VikiHərəkata qoşulduqdan sonra, Sizə hərəkata verə biləcəyiniz töhfələr barədə ətraflı məlumat veriləcək.

Təlimlərə necə qoşulmaq olar?

21-22 sentyabrda Bakı şəhərində keçiriləcək “Təlimçilərin təlimi”ndə iştirak etmək üçün “Ərizələrin qəbulu” elan edilmişdir.

Təlimdə iştirak etmək üçün  “Müraciət formasını”  doldurun.

Regionlarda keçiriləcək təlimlərin tarixi isə “Təlimçilərin təlimi”ndən sonra elan ediləcək.

Bütün təlim iştirakçıları VikiHərəkata qoşulacaq.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *