1 (1)

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, azərbaycanlı tərcüməçiləri bir araya gətirən, tərcüməçilərin ilk peşəkar təşkilatıdır. İki yüzə yaxın peşəkar, həvəskar tərcüməçiləri, tərcümə təhsili almaqda olan tələbələri bir araya gətirən AGTA 2011-ci il sentyabrın 30-da – Beynəlxalq Tərcüməçilər Günündə – bir qrup gənc tərcüməçi tərəfindən təsis edilib. Təşkilatın yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qurmaq, onların hüuqlarını və maraqlarını müdafiə etmək, tərcümə sənəti haqqında düzgün ictimai rəy yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq, eləcə də mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verməkdir. AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasının müşahidəçi üzvüdür.

Məqsəd və vəzifələr

  • Tərcüməçilərin hüquqlarının, sosial, iqtisadi və hüquqi maraqlarının müdafiə edilməsi;
  • Azərbaycanda, eləcə də xaricdə fəaliyyət göstərən azərbaycanlı tərcüməçilər arasında kommunikasiya qurulması;
  • Tərcümə sənəti və tərcüməçilərin gördüyü iş haqqında düzgün ictimai rəy yaratmaq, tərcüməçilərlə iş qaydalarını təbliğ etmək;
  • Tərcüməçilər arasında peşəkar etik davranış qaydalarının əməl olunmasını təbliğ etmək;
  • Tərcümə sahəsində təhsil alan gənclərə hərtərəfli dəstəyin təmin olunması;
  • Tərcüməçilər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsi;
  • Mədəniyyətlərarası kommunikasiyanın imkanlarından imkanlarından istifadə etməklə, cəmiyyətdə ən yaxşı təcrübələrin yayılması;

Tarixi

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 30 sentyabr 2011-ci ildə – Beynəlxalq Tərcüməçilər Günündə bir qrup gənc tərcüməçi tərəfindən təsis edilmiş, 6 oktyabr 2011-ci ildə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində təqdimatı keçirilmişdir.Təqdimatdan sonra 30-dan yuxarı gənc tərcüməçi təşkilata qoşulmuşdur.

Təşkilatın ilk Ümumi Yığıncağı 5 aprel 2012-ci ildə keçirilmiş və təşkilatın sədri, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası seçilmiş, təşkilatın ilk klubları yaradılmışdır.

Dövlət Qeydiyyatı

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası  29 noyabr 2011-ci il tarixdə “Gənc Tərcüməçilər” ictimai birliyi adı ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

[ilink url=”http://www.agta.az” style=”tick”]Bizim rəsmi internet səhifəmiz[/ilink]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *