post

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində regionlar üzrə təlimlər davam edir. Bölgələr üzrə üçüncü təlim noyabrın 2-də Şirvan şəhərində keçirildi.

Şirvan şəhərində keçirilən təlimdə Mərkəz bölgəsini təmsil edən iştirakçılar onlayn ensiklopediya olan Vikipediyanın mahiyyəti, məqsədi və müxtəlif aspektləri haqda nəzəri məlumatlandırılmış və Vikipediyada işləməyə dair praktiki bacarıqları əldə etmişlər. Təlimdən sonra sərbəst şəkildə Vikipediyada məqalə yerləşdirə bilmələri üçün iştirakçılar “Vikipediyaçıların masaüstü kitabçası” ilə təmin olundu.

Regionlar üzrə təlimlərin məqsədi təkcə paytaxt Bakıda deyil, regionlarda da Vikipediya könüllülük hərəkatını təbliğ etmək və yaymaqdır.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

IMG_4527

IMG_4524IMG_4516IMG_4566IMG_4498IMG_4576

Leave a Reply

Your email address will not be published. Required fields are marked *