post

İnkişaf etməkdə olan ölkələri hədəfləyən və Wikipedia Zero adlanan layihə çərçivəsində istifadəçilər Vikipediyadakı məlumatları ödənişsiz SMS vasitəsi ilə əldə edə biləcəklər. Vikimedia bu proqramla məlumatları əldə etməkdə yaşanan problemləri aradan qaldırmağı planlaşdırır. İnternet üçün ödəniş etməyə gücü çatmayan və bu səbəbdən internetdəki məlumat axınından məhrum olan insanların ödənişsiz olaraq bu xidmətdən faydalanmasını hədəfləyən sistemin bu cəhətdən FACEBOOK-un internet.org layihəsinə bənzər bir məqsədi olduğu görünür.
wikipediasms_441484561
Wikipedia Zero çərçivəsində ödənişsiz SMS xidmətini təmin edəcək olan Vikipediya bunu GSM şirkətləri ilə müqavilə şəklində edəcək.
Layihənin ilk olaraq həyata keçiriləcəyi bölgə Keniya olacaq. Bu bölgədə AirTel ilə müqavilə bağlayan Vikipediya daha sonra bu layihəsini Afrikadakı digər inkişaf etməkdə olan ölkələrdə yaymağı planlaşdırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *