post

Veb-ensiklopediya olan Vikipediya pul qarşılığında yazılan tərəfli məqalələri və təhrikçilik məqsədilə açılmış hesabları yığışdırmağa hazırlaşır. Vikimedia fondunun redaktoru Syu Qardner yüzlərlə hesabın şübhəli olduğunu bildirərək hal-hazırda 250 hesabı indidən bağladıqlarını deyir.  “Məqsədimiz oxucularımıza bitərəf və etibarlı məlumat mənbəyi təqdim etməkdir” deyən Qardnerə görə bu cür yanaşmalar Vikipediyanın bir çox insanın gözündəki dəyərini düşürür. Redaktorlara görə, bir çox istifadəçi kiçik qurumlardan, sənətçilərdən, firmalardan pul alaraq ensiklopediyada işlər aparır. Ancaq pul qarşılığında yazılan məqalələrin  hamısında haqqında yazılan şeyi tərifləmək kimi bir xüsusiyyət var və Vikipediyanın obyektivlik maddəsinə tərs olaraq bu məqalələrdə əsla mənfi cəhətlərdən bəhs edilmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *