Apple günəş panelləri ilə örtükmüş və gündə 13 min nəfəri qəbul edə biləcək kosmik gəmi formasında düşərgə salır. Bu , Apple-in Kupertinodakı sayca ikinci düçərgəsi olacaq. Düşərgənin inşasının 2015-ci ildə yekunlaşacağı gözlənilir “ Apple-in kosmik gəmisi” adlandırılan müəssisənin Apple-in yeni mərkəzi olması xəbəri də gündəmdədir. Müəssisənin inşaatına keçən il başlanıldığı söylənili. Açıqlamada müəssisənin ictimaiyyətə açıq olmayacağı qeyd edilib. Həmçinin, binada kənar ziyarətçilərin diqqətini çəkə biləcək bir muzey ya da fabrik satış mağazasının olmayacağı da vurğulanıb. Apple-in kosmik gəmisində min yerlik zal olacaq. Xüsusi tanıtım tədbirləri burda keçiriləcək. Fikir Stiv Cobsa aiddir. Volter İsaksonun “ Stiv Cobs” adlı bioqrafik kitabında bu kosmik gəmi formalı düşərgə fikrinin Stiv Cobsa aid olduğu və bunun üçün 50 memarın işə götürüldüyü bildirilir. Kitaba istinadən Cobs düşərgənin 80 faizinin təbiətdə olmasını istəmiş və altı min ağac əkilməsinin söyləmişdi. Cobs layihənin detallarını 2011-ci il 7 iyununda Kupertino Şəhər Toplantısında açıqlamışdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *