post

Apple şirkəti yeni iPhone-larda ekranı söndürmə zamanı yaranan nasazlıqları aradan qaldıracağını bildirib. Yeni əməliyyat sistemi telefon kilidli olarkən istənilən kəsə əhəmiyyətli funksiyalara keçid edə bilmə imkanı verir. Belə ki, ekran kilidli olduğu halda telefona asanlıqla daxil olmaq, şəkilləri paylaşmaq və s. kimi əməliyyatlar yerinə yetirmək olur. Bu, telefon istifadəçiləri arasında narahatçılığa səbəb olub.

Bundan əlavə telefon istifadəçiləri yeni tətbiqetmənin Androidə bənzəməsindən, iOS 7 yüklədikdən sonra əməliyyat sistemində xətalar olmasından, enerji yığılması barədə xəbərdarlıq edilməməsindən, səsin daha zəif gəlməsindən və s. əskikliklərdən şikayətlənirlər.

Yeni iOS 7 təxminən 2 həftə öncə pulsuz yükləmək üçün ictimaiyyətə təqdim olunmuşdur. Baş icraçı direktor Tim Kuk iOS 7-ni “iPhone yaranandan bəri iPhone əməliyyat sistemindəki ən böyük dəyişiklik” adlandırıb. Lakin yeni əməliyyat sistemi bir çox erkən problemlərlə üzləşib. İstifadəçilər hətta telefon kilidliykən belə ancaq təcili zəngləri deyil, adi zəngləri də edə bilməyin mümkün olduğunu ortaya çıxarıblar.

Hakerlərə telefonun daxil olmaq üçün şifrə tələb etməli olan kilidli ekranına şifrəsiz də daxil oluna biləcəyi məlum olub. Bu nasazlıq iPhone4S və 5-ə təsir etsə də, 5S və 5C-yə təsir etmədiyi güman edilir.

Telefona bu yolla daxil olan istənilən şəxs başqasının mesaj, email və foto xidmətlərindən, eləcə də Facebook və Twitter hesablarından istifadə edə bilər.

Apple-ın nümayəndəsi “The Guardian”-a bildirib: ” Apple istifadəçi təhlükəsizliyinə çox ciddi yanaşır. Biz bu məsələdən xəbərdarıq və gələcək proqram təminatı yeniləmələrində mütləq düzəlişlər edəcəyik”.

mənbə:  http://www.independent.co.uk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *