post

ABŞ məhkəməsi texnologiya nəhəngi Apple-in kitab nəşriyyatları ilə müqavilə bağlamağına məhdudiyyət qoyub. Bu qərar həmin razılaşmaların elektron kitabların satış qiymətinə təsirini önləmək üçün çıxarılıb. Məhdudiyyət Apple şirkətinin elektron kitab qiymətlərinə nəzarət ilə bağlı beş nəşriyyatla razılaşmasının ardınca iyul ayında baş tutmuş məhkəmə prosesindəki qərar ilə tətbiq olunub. Həmçinin, məhkəmə yeni qaydaların tətbiqini təmin etmək üçün Apple şirkətinin xaricdən nəzarətçi işə götürüməsi haqda qərar verib.

Apple şirkətinə qarşı hüquqi tədbirlər görən ABŞ-ın  Ədliyyə Departamenti bu qərardan “razı qaldığını” bildirib. Indi Apple şirkətinə həmin beş nəşriyyat ilə satış qiymətlərinə nəzarət etməyə imkan verən müqavilələr bağlamağa icazə verilmir. Məhkəmə qərarının tətbiq müddəti beş ildən sonra bitəcək. Lakin lazım gələrsə qərarın tətbiq müddəti uzadıla bilər.

Baş prokurorun köməkçisi Bill  Baer bildirib: “ Apple şirkətinin qiymətlərə qeyri-qanuni nəzarətinə qarşı yönəlmiş tədbirlərdə  məhkəmənin Ədliyyə Departamentinin cəhdlərini dəstəkləyən qərar çıxarmasından məmnun olduq”.

İstehlakçıların müdafiəsi

İstehlakçılar bu önəmli sənaye sahəsində rəqabəti təmin etmək üçün departamentin qoyduğu tələblər nəticəsində elektron kitabların  aşağı qiymətlərindən faydalana biləcəklər.

Apple şirkəti qiymətin satıcılar tərəfindən müəyyən olunmasına imkan yaratmaq əvəzinə, nəşriyyatların elektron kitabların qiymətini təyin etməsinə dəstək verir.

Dövlət ittihamçıları bildirib ki, Apple-in bu hərəkəti Apple şirkətinin təklif etdiyi qiymətdən daha ucuz qiymətə elektron kitablar təklif edən rəqib şirkət Amazon şirkətinə qarşı yönəlmişdi.

Belə ki, Amazon-un bestsellerlər üçün ənənəvi satış qiyməti İPad-in yaradılmasından sonra 9.99 dollardan 12.99 dollara qalxmışdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *