post

Vikipediyada məqalələri yeniləyənlərin ancaq 20%-i qadınlardır və istefaya çıxmış icraçı direktor bu qeyri-bərabərliyi aradan qaldıra bilməməsindən gileylənir.

Vikipediyanın ingilis versiyasında “abortion”(abort) sözünü axtarsanız, qarşınıza “abortion-rights movements” adlı səhifə çıxacaqdır.  Bu məqalə yarandığı gündən bəri 40 dəfə redaktə olunub – əsasən də kişilər tərəfindən.

“Gənclər həmin hamiləlik haqqındakı məqalə barəsində müzakirə edirlər? – Zarafat edirsiniz?” – Vikipediya dünyası daxilində genderlər arasındakı say fərqini yoxlamaq tapşırığı verilən Vikipediya Fondunun 32 yaşlı keçmiş üzvü Sarah Stirç deyib.

Təcavüz haqqında olan məqalə üçün də oxşar hekayə var. Doğrudan da, Vikipediyada əksər mövzularda kişilər ağalıq edirlər.

Vikipediyanın Hong-Kongda keçirilən builki konfransında Vikipediyada qadınlarla əməkdaşlığın çatışmazlığı gündəmdə olmuşdur.

Stirç 2011-ci ildə Vikipediya, Vikimedia Commons və VikiLüğətin də daxil olduğu 13 qeyri-kommersiya layihəsini işlədən və 150 nəfərlik işçi qrupuna sədrlik edən Vikimedia Fondunun idarə heyətinin sədri Syu Qardner tərəfindən təşkilata cəlb edilib.

Təşkilatın ən yüksək nüfuza malik qadını olan Qardner dünən Fondu tərk edəcəyini təsdiqləyib.

Bununla belə, say fərqi məsələsi həll olunmamış qalır.

“Mən bunu həll etmədim. Biz bunu həll etmədik. Vikimedia Fondu bunu həll etmədi. Həll yolu Vikimedia Fondundan gəlmədi.”

Qardner 2007-ci ildə işi qəbul etmiş və həmin ilin sonlarında Taipeidə Vikiqadın toplantısına qədər Vikipediya dünyasında gender say fərqinin olması barədə heç bir fikri yox idi.

O, hər 400 istifadəçidən yalnız 11-nin qadın olduğunu və onların içində sadəcə 1 valideyn olduğunu öyrənəndə təəccüblənmişdi. Bu ilki Vikimania təşkilatçılarına görə, iyulda 30 qadın qeydiyyatdan keçmişdir ki, bu da onlayn qeydiyyatların ancaq 20.9 faizini təşkil edir.

Qardner bildirib ki, qadınların sahib olduğu çox az boş vaxt ərzində onlar Vikipediyada redaktə etmək əvəzinə başqa sosial fəaliyyətlərlə məşğul olmağa meyllidirlər.

“Qadınlar texnologiyanı əyləncəli bir şeydən daha çox hər hansı tapşırığı yerinə yetirmək üçün vasitə olaraq görürlər,”- Qardner bildirib.

Vikimediya Fondu qadınların iştirakını artırmaq üçün müxtəlif yolları sınaqdan keçirmişdir.  Onlar Vizual Redaktor –istifadəçilərə faydalı redaktə alətini təkmilləşdirmiş və qadınların işlədiyi qalereya, kitabxana, arxiv və muzeylərin yaradılmasını hədəf tutan GlamWiki yaratmışdır.  Qardner hətta gender məsələləri ilə bağlı məqalə də yazmışdır.

Ancaq bütün bunlar çox az fayda vermişdir.

 “Vikipediyada qadın alimlər haqqında yalnız 1500 məqalə var. Qadın alimlərin təxminən yarısı haqqında heç bir məqalə yoxdur,” Çikaqoda Loyola Universitetində təhsil alan 19 yaşlı Emili Templ Vud deyib. O, Vikipediyada qadın alimlər haqqında orta məktəbdə oxuyandan bəri yazır.
Qardnerin bu vəzifədən çıxması və davamçısının kişi olacağı ehtimalı bəzi qadın Vikipediyaçıları narahat edir. Onlar Qardnerin təsiri olmadıqda və bir qadın olaraq məsələdən uzaqlaşdıqda gender say fərqinin böyüyəcəyindən qorxurlar.

Qardner bununla razılaşmır. O, bunu hər kəsin oynamalı olduğu rolu olan bir missiya olaraq görür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *