post

Vikipediyanı “Canlı nəzarətçi” adlandıran  Google mühəndisi Tomas Steyner hazırladığı alət üçün belə bir fərziyyə verib: əgər son xəbərdə olan hadisə əhəmiyyətlidirsə, bu Vikipediyada ən azı bir dildə öz əksini tapır və xəbərin ilk dəfə yayılması ilə Vikipediyada əksini tapması arasındakı vaxt müddəti çox qısa olur.

Steyner deyir ki, buna klassik missal olaraq, Maykl Cekson vəfat etdiyi zaman saniyələr sonra Pop Kralının Vikipediya səhifəsində onun ölümü barəsində yeni informasiyanın daxil edilməsi  və həmin səhifəninin redaktə etmək istəyən istifadəçilərlə dolmasını göstərmək olar. Bu ilin əvvəllərində Rusiyaya meteor düşərkən Vikipediyada yeni informasiyanın daxil edildiyi çox saylı yeni səhifələr yaradılmışdır.

Qısa vaxt ərzində  istənilən səhifədə redaktorların və redaktələrin sayının yoxlanılması ilə Vikipediya Canlı Nəzarətçisi  “son xəbər namizədləri” müəyyənləşdirə bilər, bu da Steynerin dediyi kimi, Tvitterdə verilən xəbərdən daha etibarlı ola bilər.

“Sosial medialar əvəzinə Vikipediyadan istifadə etmənin əsas motivasiyası odur ki, siz çoxlu hadisələr haqqında bir yerdən məlumat əldə edə bilirsiniz – demək olar ki, bütün müvafiq son xəbərlər haqqında ayrıca Vikipediya səhifəsi var,”- Steyner bildirir.

Sosial şəbəkələrdə siz çox sayda yanlış məlumat ala bilərsiniz. Buna bir çox məşhur şəxsələrin ölüm xəbərinin səhv çıxması ən böyük sübutdur. Steynerin dediyinə görə, Vikipediyada bu cür yanlış xəbərlər demək olar ki, dərhal başqa redaktorlar tərəfindən düzəldilir. Vikipediyanın qarşılıqlı-yoxlama aləti məlumatları  Tvitter, Google Plus, Facebook kimi sosial şəbəkələrdə yenilənən informasiya ilə redaktə etməyə imkan verir, bu da istifadəçilərə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməy kömək edir.

Bu alət hal-hazırda məlumatın onlarla fərqli dillərdə çıxması prinsipinə əsaslanaraq Vikipediya saytına nəzarət edir. Belə ki, xəbər bir neçə saniyə ərzində bir neçə müxtəlif dildə yenilənibsə, deməli bu xəbər beynəlxalq əhəmiyyətə malikdir. Alətin gələcək versiyaları istifadəçilərin müəyyən ölkələr üzrə axtarışlara məhdudiyyət qoymağına imkan verəcək.

Steynerin yaratdığı alətin “son xəbər namizədləri” bölməsində cümə günü vəfat etmiş komediyaçı Conatan Uinters, Venesuala prezidenti seçilmiş Nikolas Maduro, Gangnam Style ifaçısı PSY və başqalarına aid məlumatlar yer alıb.. Vikipediya icmasının Vikipediya səhifəsi yaradılacaq qədər vacib hesab etdiyi məlumatlar üçün standartlar mövcuddur. Bu isə Vikipediyanı  xəbər paylaşmaq üçün ideal məkana çevirir.

 

“Əgər nəysə haqda  Vikipediyada məlumat varsa, demək, bu hadisə az da olsa əhmiyyət kəsb edir,”- Steyner bildirir.

Google  şirkəti üçün işləməyinə baxmayaraq, Steyner deyir ki, o, axtarış nəhənginin onun yaratdığı aləti Google News səhifələrinə baxış sayının artmasına kömək etmək üçün istifadə edəcəyinə və ya onu rəsmi məhsul kimi təklif edəcəyinə əmin deyil ( O deyir ki, bunun haqqında danışmaq hələ çox tezdir). Hazırda alət istifadəçilər üçün “son xəbər namizədləri”nə əsasən məqalələrin hansı tezlikdə redaktə olunmasını müəyyənləşdirməyə kömək edir.

” Xəbərləri təsnifatlandıran və ya kateqoriyalara ayıran istənilən şəxs bu alətlə maralanacaqdır,”- o deyir.

http://www.usnews.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *