post

Viki Hərəkak_Vikipediya redaktorlarının 87 faizi kişidir

Onlayn ensiklopediyada qadın redaktor çatışmazlığının olması sirr deyil. Vikipediyanın yaradıcısı Cimmi Uels saytın redaktorlarının 87 faizinin kişi olduğunu bildirib və onun işçi heyəti də bu faktın kontentə təsir etdiyinin fərqindədir. Buna cavab olaraq, FemTechNet  “ feministləri, akademik və aktivistləri Vikipediyaya töhfə verməyə və Vikipediya mədəniyyətində inqilab etməyə” çağıran layihəyə start verib.

Cones Ana bu təşəbbüs haqda bizə daha ətraflı məlumat verəcək:

Feminist təşkilatı FemTechNet-in “ Vikipediyaya hücum”  layihəsi yeni onlayn kursunda iştirak edəcək tələbələrə həvalə olunub və Vikipediyadakı mövcud disbalansı aradan qaldırmağa yönəlib. Kaliforniya Pitzer Kollecinin media ixtisasları üzrə professor və kursun idarəçilərindən biri Aleksandra Cuhaz deyir ki, bu dərslər müddətində tələbələr “birgə əməkdaşlıq şəklində feminist düşüncə tərzini saytda əks etdirmək məqsədi ilə” Vikipediyada kütləvi redaktə işləri aparacaqlar.

Inside Higher Ed ( Vaşinqtonda yerləşən kollec və universitetlərlə bağlı xəbərlərin təqdim olunduğu gündəlik onlayn dərgi) əsasən, “ tələbələr elm və texnologiya sahələrində önəmli rol oynayan qadınların siyahısını tərtib edəcək” və saytda bu qadınların töhfələri haqda məlumat verən məqalələr yerləşdirəcəklər.

Həmçinin, FemTechNet “ Feminizm və texnologiya” dərsi üçün kurikulum hazırlayır. Dərs Braun və Yale kimi kolleclərin professorları tərəfindən aparılacaq və texnologiyanı müzakirə edən feminist alimlərin videoları ilə səciyyələndiriləcək. Göründüyü kimi, təşkilatın məqsədi kişilərin idarə etdiyi dünyanı yeni səslərlə şövqləndirmək və Vikipediya ilə texnologiyanı öz əllərinə almaq üçün qadınları gücləndirməkdir.

Mənbə: http://www.truthdig.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *