Beyin hüceyrələrinin ölməsinin qarşısını alan protein
Beyinə gedən damarların tutulması nəticəsində oksigensiz qalan beyin hüceyrələrinin kısa müddət ərzində ölməyə başladığı və bu halın ifliclə nəticələndiyi məlumdur. Oksford Universiteti tədqiqatçıları beynin bir hissəsinin hamartin adlı protein istehsal edərək uzun müddət oksigensiz yaşaya bildiyini aşkarlamışdır.
Professor A. Buchan beyində hafizə və səmti təyin etmədə mühüm rolu olan hipokampus adlı hissədəki hüceyrələrin beyin oksigensiz qaldığı zaman hamartin ifraz edərək necə yaşadığını öyrənmişdir. Araşdırma ətraflı şəkildə Nature Medicine jurnalında yayımlanmışdır.

Harvardın qanadlarını çırparaq uçan mikro robot
Harvardda 12 ildir robot təkmilləşdirmək üçün araşdırma aparan Professor R. J. Wood və komandası robotun bütün hissələrini özləri düzəltmişlər. Robot saniyədə 120 dəfə qanadını çırpır. Boyu 3 santimetr, ağırlığı isə 0.080 qramdır. Qanadların gözlə görünməyəcək dərəcədə sürətlə çırpılması üçün elektrik verdikdə büzülən nazik keramika çubuqlarından istifadə edilib.

Barmaq ucu qədər həssas dəri
ABŞ-da Georgia İnstitute of Technology-də Professor Z. L. Wang ağıllı süni dəri hazırlayıb. Süni dəridə 8 min yarımkeçirici var. Bunlar təzyiq altında bir-birində asılı olmadan elektrik istehsal edir. Hər yarımkeçirici insanın barmaq ucu kimi 10 kq paskal təyiqini hiss edir. İşin detalları Science jurnalında dərc olunacaq. Bu dəri ilə robotlar həssas işləri görə biləcəklər.

Qatlana bilən və elastik batareya
ABŞ-da Northwestern və Illinois Universitetlərinin ortaq işi nəticəsində qatlana bilən batreya hazırlanıb. Çox kiçik 100 litium ion batareyası elastik kabellərlə bir-birinə bağlanıb. Elastik plastik ləvazimatın üzərində erləşdirilmiş batareya uzaqdan enerji yığdığı üçün kabelli elektrik toplama cihazına ehtiyac duyulmur. Qatlana bilən computer və televizorlar eçen lazımlı olan bu batareyanın uzaqdan enerji yığması əhəmiyyətli bir inkişaf kimi qəbul edilir.

Molekulları hərəkət etdirməklə dünyanın ən kiçik cizgi filmi çəkilib
BBM tədqiqatçıları karbon monoksid molekullarını Scanning Tunneling Microscope ilə hərəkət etdirərək dünyanın ən kiçik cizgi filmini çəkib. Tədqiqatçı professor H. Rohrer və G. Binnig 1981-ci ildə bu mikroskopu təkmilləşdirib 1986-cı ildə Fizika üzrə Nobel mükafatı almışdır. Bu mikroskop ilə əşyaların səthi atom səviyyəsində görünür. Tədqiqatçılar “Uşaq və Atomu” adlı cizgi film çəkmişlət. Molekul vasitəsilə uşağın və topunun şəkli düzəldilib. Mikroskopda karbon monoksid molekulundakı oksigen atomu nöqtə kimi görünür. Bu üsulla 242 fərqli şəkil hazırlanaraq 94 saniyəli cizgi film çəkilib.

ABŞ-da laboratoriyada düzəldilmiş böyrəyi siçana qoşduqda işləyib
ABŞ-ın Massachusetts General xəstəxanasında laboratoriya şəraitində regenerasiya edilmişsiçan böyrəyi başqa bir siçana taxıldıqda ifraz etməyə başlayıb. Dr. Harald Ott əvvəl damarların regenerasiya edildiyi texnikanı istifadə edərək böyrəyi əmələ gətirib və ilk dəfə tam bir orqan regenerasiya edilmiş olub. Əvvəlcə ölmüş siçanın böyrəyi götürülərək xüsusi mayesi olan yuma cihazına qoyulubş Mayedəki ferment və parçalayıcı maddələr böyrəkdəki ölü siçana aid hüceyrələri parçalayaraq təmizləyib. Yerdə qalan isə böyrəyin skeleti olan vəbal pətəyini xatırladan qəlib qalıb. Sonra təzə doğulmuş siçandan alınan böyrək hüceyrələri xüsusi şəraitdə bu qəlibə calaq edilərək böyrək toxumaları əmələ gətirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *