post

Artıq ağıllı üzüklər dövrü başlayır. Geyinilə bilən texnologiya bazarı yeni bir cihaza ev sahibliyi edir.

Smarty Ring adlanacaq olan bu cihaz Bluetooth 4.0 əlaqəsinə sahib bir üzükdür.
Bu üzük zənglərə cavab vermək, zəng etmək, bildirişlər göndərmək, telefonun kamrerasını işə salmaq və musiqini idarə etmək kimi funksiyalara sahib cihazdır.

Ağıllı üzükdən isifadə edə bilmək üçün ilk öncə iOS və ya Android olan telefonunuza Smarty Ring tətbiqetməsini yükləmək lazımdır. Bunun ardınca Bluetooth 4.0 texnologiyası ilə telefonla əlaqə quran cihaz telefonunuza gələn məlumatları sizə bildirir.
Aparılan araşdırmalara görə, telefon istifadəçiləri gündə 150 dəfə sadəcə hər hansı bildiriş gəlib-gəlmədiyini yoxlamaq üçün telefona baxırlar. Bu rəqəm “ağıllı üzüyün” əhəmiyyətini daha da artırır.
Asanlıqla enerji yığa bilməsi ilə istifadəsini daha da asanlaşdıran bu üzüyün enerji yığması üçün barmağınızdan çıxarılmağa ehtiyacı yoxdur.
Üzük eyni zamanda qol saatı kimi rəqəmsal saat kimi də istifadə edilə bilir.
Cihaz 2014-cü ildə təhvil veriləcək.files

Leave a Reply

Your email address will not be published. Required fields are marked *