post

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi çərçivəsində universitetlərdə keçirilən təqdimatlar uğurla başa çatmışdır.

Təqdimatlarda “VikiHərəkat”, onun məqsədi, vəzifələri, hərəkata qoşulma qaydaları ilə yanaşı, “Viki” texnologiyaları, o cümlədən “Vikipediya”-onlayn ensiklopediyası barədə məlumatlar verilmiş, onun əhəmiyyəti və ensiklopediyada iştirak qaydaları da əhatə edilmişdir.

Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur.

“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

AGTA Vikihərəkat layihəsinin icrasına davam edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *