Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsinin icrası davam edir.

Bu gün (21 noyabr)  AGTA Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ”VikiHərəkat” layihəsinin təqdimatını keçirmişdir.

Təqdimatda “VikiHərəkat”, onun məqsədi, vəzifələri, hərəkata qoşulma qaydaları ilə yanaşı, “Viki” texnologiyaları, o cümlədən “Vikipediya”-onlayn ensiklopediyası barədə məlumatlar verilmiş, onun əhəmiyyəti və ensiklopediyada iştirak qaydaları da əhatə edilmişdir. Bundan əlavə, təqdimatın ikinci hissəsində “Vikipediya”da məqalələrin yerləşdirilməsi, redaktəsi, şəkillərin, mənbələrin, keçidlərin yerləşdirilməsi əyani şəkildə nümayiş etdirildi və iştirakçıların sualları cavablandırıldı.

Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur.

“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

 IMG_9709 IMG_9713 IMG_9720 IMG_9747 IMG_9755

Leave a Reply

Your email address will not be published. Required fields are marked *