post

Qlobal Mobil  Tədarükçülər Birliyinin hesabatına əsasən, may ayında 70 ölkədə 175 ədəd 4G və ya LTE şəbəkəsi, 83 ölkədə 222 ədədə qədər yüksəlib.

Hesabatda son bir il əzində 109 yeni 4G şəbəkəsinin istifadəyə verildiyi bildirilibş GSA 138 ölkədə 474 mobil operatorun 4G mövzusunda işlədiyini və ilin sonunda 93 ölkədə 260 şəbəkəyə çatacağının təxmin edildiyi bildirilib.

Cihazların da sayı artıb

Birlik 4G şəbəkəsinin artmasına paralel olaraq bildirib ki, bu sitemə uyğun cuhaz sayı da artaraq 240 ədədə çatıb.
Hesabata əsasən 2011-ci ilin əvvəlində sayı 63 olan cihazlar, 2012-ci ildə 269 idisə, bu ilin avqustunda 666 və noyabrda isə 1240-a çatmışdır. Hesabatda istehsalçı sayının da son 3 ildə 44% artdığı bildirilib.
Smartfonların 455 ayrı modellə ən böyük 4G kateqoriyası olduğu bildirilən hesabatda bu cihazların 99%-inin mövcud 3G sistemləri ilə də işləyə bildiyi vurğulanıb.

Hesabatda hər ötən gün yeni4G mobil şəbəkəsinin xidmətə verildiyini və bu şəbəkə üzərindən işləyə bilən cihaz sayının da artdığı burğulanıb.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *