post

5G Texnologiyası

Avropa Birliyi(AB) mobil əlaqədə beşinci nəsil texnologiya olan 5G-nin 2020-ci ildən həyata keçirilməsini təsdiqləyib.

 

İsveçin ən böyük təhlükəsizlik və əlaqə şirkəti olan Ericsson-un liderliyinə davam edən 5G-yə keçid üçün AB ölkələri ilə birgə Yaponiya, Cənubi Koreya və Çin ilə ortaq işlər aparılır.
Layihədən məsul olan şəxs Afif Osseiran bildirib ki, “5G-nin ehtiyac duyulan və 2020-ci ilədək həyata keçirilməsinin məcburiliyi olan texnologiya yeniliyi olduğunu düşünürük”.
Osseiran “3G versiyalarında verilənlərin köçürülmə sürəti 28 megabit idisə, 4G-də bu sürət 100 megabit idi. 5G-də bu sürət gigabit səviyyəsinədək yüksələ bilir.” deyib.

“Viki abidələri sevir” Ukrayna qaliblərini müəyyənləşdirdi

“Wiki Loves Monuments” (Viki abidələri sevir) beynəlxalq foto müsabiqə çərçivəsində Ukrayna Vikimediası Ukraynananın gözəl məkanlarını əks etdirən on beş ən yaxşı fotonu müəyyənləşdirdi. Müsabiqədə birinci yeri Svyatoqorski monastrında yerləşən “ Nikolay kilsə”-sinin fotosu ilə Dmitriy Balxovitin qazandı. İkinci yeri Yevpatoriyada yerləşən “ Cümə-Camisi” məscidinin fotosuna görə Yevqeniya və Olqa Maxonkalar, üçüncü yeri isə Xmelnitçində yerləşən “ Medzibiz qalası”-nın fotosuna görə Vadim Posternak tutdu. Beynəlxaq foto müsabiqə olan “ Viki abidələri sevir” 1-30 sentyabr 2013-cü il tarixində keçirilib, bu müddər ərzində peşəkar və həvəskar fotoqraflar öz işlərini Viki-xəzinəyə yerləşdirməli idilər.

 

Mənbə: news.bigmir.net

VİKİHƏRƏKAT ÇƏRÇİVƏSİNDƏ GƏNCƏDƏ TƏLİMLƏR KEÇİRİLDİ

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində regionlar üzrə təlimlər başa çatdı. Qərb regionu üzrə keçirilən sonuncu noyabrın 9-da Gəncə şəhərində yerli tərəfdaş “Gələcəyə Körpü” ictimai birliyinin ofisində baş tutdu.

Gəncə şəhərində keçirilən təlimdə Qərb bölgəsini təmsil edən iştirakçılar onlayn ensiklopediya olan Vikipediyanın mahiyyəti, məqsədi və müxtəlif aspektləri haqda nəzəri məlumatlandırılmış və Vikipediyada işləməyə dair praktiki bacarıqları əldə etmişlər. Təlimdən sonra sərbəst şəkildə Vikipediyada məqalə yerləşdirə bilmələri üçün iştirakçılar “Vikipediyaçıların masaüstü kitabçası” ilə təmin olundu.

Regionlar üzrə təlimlərin məqsədi təkcə paytaxt Bakıda deyil, regionlarda da Vikipediya könüllülük hərəkatını təbliğ etmək və yaymaqdır.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

– See more at: http://agta.az/viki/?p=922#sthash.2oNlWB6o.dpuf1 2 3 5 6 7 8 9 10 11 12 13 14

post

Sabah Gəncə şəhərində “VikiHərəkat” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi çərçivəsində “Vikipediya” ilə bağlı  növbəti təlim sabah – noyabrın 9-da Gəncə şəhərində keçiriləcək.

Təlim yerli tərəfdaş “Gələcəyə Körpü” ictimai birliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək. Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur.

“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

post

Google Internet Explorer 9-a dəstəyini dayandırır

Google onlayn tətbiqetmələrin olduğu Google Apps dəstəyini IE 9-dan çəkir.

 

Axtarış sistemi olan nəhəng Google içərisində Google Docs, google Drive kimi bir çox populyar xidmətlərin olduğu Google Apps dəstəyini IE 9-dan çəkməyə hazırlaşır. Gələn həftələrdə dəstəyin geri götürülməsi ilə İnternet Explorer istifadə edənlər artıq Google-un bu xidmətlərindən faydalana bilməyəcəklər.

Windows 7 və digər əməliyyat sistemi istifadə edən istifadəçilər İnternet Explorer 10 və ya 11-I istifadə edə bilər və ya IE xaricində bir brauzer istifadə edə bilərlər.

 

post

Texnologiya nəhəngi məhv oldu

Smartfon bazarında rəqabətdə uduzan və satış müddətinə daxil olan Blackberrydə satış müddəti ləğv edilib. Şirkətin sədri də öz yerindən olduqda, şirkəti bazar qiyməti bir gündə 19 faiz düşüb.

Kanadalı smartfon telefon istehsalçısı Blackberrynin satış müddəti ləğv edildikdən sonra Blackberry tərəfindən edilən açıqalamada bunun yerinə şirkətin hissə sahiblərindən Fairfax və digərlərini təhvil alaraq Blackberry-yə 1 milyard dollar sərmayə qoyacağı bildirilib. Bundan başqa, Blackberry-nin direktoru Thorsten Heinsin yerinə müvəqqəti olaraq John Chenin keçəcəyi bildirilib. Smartfon bazarındakı itkini bu ilin sonundan çıxardığı yeni sistem olan BB10 ilə işləyən Z10 və Q10 ilə də dayandıra bilməyən Blackberry-də, ötən sentyabrda şirkətin hissə sahiblərindən olan Firefaxın liderlik etdiyi konsorsiumun Blackberryni 4.7 milyard dollara satın alacağını bildirmişdir.

post

VİKİHƏRƏKAT ŞİRVANDA: TƏLİMƏR DAVAM EDİR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində regionlar üzrə təlimlər davam edir. Bölgələr üzrə üçüncü təlim noyabrın 2-də Şirvan şəhərində keçirildi.

Şirvan şəhərində keçirilən təlimdə Mərkəz bölgəsini təmsil edən iştirakçılar onlayn ensiklopediya olan Vikipediyanın mahiyyəti, məqsədi və müxtəlif aspektləri haqda nəzəri məlumatlandırılmış və Vikipediyada işləməyə dair praktiki bacarıqları əldə etmişlər. Təlimdən sonra sərbəst şəkildə Vikipediyada məqalə yerləşdirə bilmələri üçün iştirakçılar “Vikipediyaçıların masaüstü kitabçası” ilə təmin olundu.

Regionlar üzrə təlimlərin məqsədi təkcə paytaxt Bakıda deyil, regionlarda da Vikipediya könüllülük hərəkatını təbliğ etmək və yaymaqdır.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

IMG_4527

IMG_4524IMG_4516IMG_4566IMG_4498IMG_4576

post

Sabah Şirvan şəhərində VİKİHƏRƏKAT layihəsi çərçivəsində növbəti təlim keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi çərçivəsində Vikipediya ilə bağlı növbəti təlim sabah – noyabrın 2-də Şirvan şəhərində keçiriləcək. Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.

Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.