post

Internet olmadan YouTube-da video izləyə biləcəksiniz

Google mobil YouTube tətbiqetməsində internetə qoşulmadan video izləməyin mümkün olacağını açıqladı. Istifadəçilər limitsiz və sürətli internetə qoşulduqları vaxtda izlədikləri YouTube videolarını yaddaşa yazıb sonra internetə qoşulmaqda çətinlik çəkdikləri yerlərdə telefonlarının yaddaşından izləyə biləcəklər. Bu videolar daxilində bir reklam olarsa, video offline olaraq açılacaq. Telefon yenidən internetə bağlandıqda reklam və videoların izlənmə sayı sistemə əlavə olunacaq. Internet bağlantısı olmadan yaddaşda saxlanılan videoları izləmək üçün zaman çərçivəsi olaraq 48 saat müəyyən edilib. Bu funksiyadan sadəcə istəyənlər istifadə edə biləcək.

post

6 Saatlıq Redaktə Ziyafəti Vikipediyanın Gender Bərabərsizliyini Aradan Qaldıra Bilərmi?

Gələn həftə tələbələr, kafedralar və ictimaiyyət üzvləri Braun Universitetində toplaşacaqlar. Onlar oturacaq, öz kompüterlərini açacaq, yüngül qəlyanaltılardan yeyəcək, içkilərdən içəcək və 5 saat yarım vaxt ərzində Vikipediyada redaktə edəcəklər.

Onlar xüsusilə Vikipediyada elm, texnologiya, riyaziyyat sahələrində qadınların fəaliyyəti barədə əlavələr edəcək və məqalələri təkmilləşdirəcəklər. Ali Təhsil Xronikası tərəfindən bildirilir ki, onların bu redaktə “ziyafət”i qadınların texnologiyaya töhfələrinin qeyd edildiyi beynəlxalq bayram günü – Ada Lavleys Gününə təsadüf edir. 19-cu əsrin əvvəllərində Çarlz Bebbic tərəfindən ixtira olunan hesablama maşını üçün ilk proqramı tərtib edən Ada Lavleys dünya tarixində ilk proqramçı sayılır. O, həmçinin “sikl” və “işçi xana” terminlərini də ilk dəfə istifadə etmişdir.

Lavleysi əsas götürərək edilən redaktə işləri ensiklopediyanın redaktəsini bu formada aparacaq: İlk saat Vikipediyada yazmağın əsaslarını əsas diqqət mərkəzində saxlayacaq. Bu tədbirin ana səhifəsində isə redaktə olunmağa, təkmilləşdirilməyə ehtiyacı olan və ya ümumiyyətlə mövcud olmayan böyük bir siyahı əmələ gətirmiş məqalə adları var. Məsələn, Vikipediyada 2013-cü ildə Lasker Mükafatı almış İngeborg Homchair haqqında heç bir məlumat yoxdur.

Vikipediya tarixən həm content cəhətdən həm də redaktorların sayı baxımından gender bərabərsizliyi ilə mübarizə aparıb. 2011-ci ildə New York Times onun redaktorlarının yalnız 15%-inin qadın olduğu iddiasını irəli sürmüşdür.  Məlumat araşdırıcısı Santiaqo Ortiz Vikipediyada daha çox qadınların redaktə etdiyi məqalə tapmaq üçün vurnuxarkən ancaq menstruasiya ilə bağlı məqalə adı tapa bilmişdir(cloth menstrual pad).

Həmin vatxdan Vikipediyaçılar genderlərarası boşluğu doldurmağa daha səylə çalışırlar. Onlar müxtəlif sahələrdə cəm şəkildə bu çatışmazlığı aradan götürmək istəyirlər. Vikipediya hər kəs tərəfindən redaktə oluna bilən sayt olduğuna görə, bu işdə hamının əməyindən faydalanmaq mümkündür.

Mənbə: http://mashable.com

 

 

post

Öldükdən sonra sosial media hesablarımız necə olacaq?

Həyatımızın bir çox anlarını rəqəmsal aləmdə paylaşmağımıza baxmayaraq öldükdən sonra hesablarımıza nə olacağı barədə heç düşünmürük.

 

Rəqəmsal ölüm mövzusunu araşdıran internet saytı Digital Beyond-dan Evan Caroll bildirir, “Həyatımız boyu yaddaşda saxladığımız rəqəmsal məlumatlar fikizi məlumatlardan daha çoxdur. Ancaq bunlara biz öldükdən sonra nə olacağını hələ də ciddi qəbul etmirik.”

Bu mövzu ilk dəfə gündəmə 2011-ci ildə 15 yaşlı Eric Rashın intihar etməsi və intihar səbəbini öyrənmək istəyən ailəyə Facebook tərəfindən hesaba daxil ola bilmə icazəsi verilməməsi zamanı gəlmişdir.

ABŞ-ın Virciniya əyalətində yaşayan Rash ailəsi oğullarının hesabına daxil ola bilmək üçün məhkəməyə müraciət etmişdi. Ancaq “rəqəmsal varlıqlar”ın idarəsi məsələsinə müdaxilə edən heç bir qanuni təşkilatçılıq olmadı.

Bu ailənin faciəvi mübarizəsi internetin ölüm hallarına müdaxilə etməkdə hazırlıqlı olmadığını göstərən dəlillər arasına qoşuldu.

 

Rəqəmsal çağda ölümə hazırsınız?

 

İki ildən sonra bir neçə ölkədə ölüm halı baş verərsə müəyyən məlumatları əldə edə bilmə hüquqlarında bəzi düzəlişlər edildi.

Google da bu sahədə tədbirlər gördü. Belə ki, diqqətli araşdırmadan sonra e-poçtlar ehtiyat üçün hətta heç bir təlimat olmadıqda belə tədqiq edilə bilir.

FacebookYahoo isə məhkəmə qərarı olmadan hər hansı bir şifrəni vermir. Lakin Facebook ölənin yaxınlarına hesabı bağlama və ya anma səhifəsinə çevirmə kimi seçimlər təqdim edir.

Ancaq bir çox internet şirkəti bu sahədə hələ çox geridədir.

 

Rəqəmsal “vəsiyyət”

 

Bəs onda rəqəmsal kimliklərimizi niyə bilinməz saxlayırıq?

Problemin bir tərəfi internet istifadəçilərinin ölüm haqqında düşünməyəcək dərəcədə cavan olmalarından qaynaqlanır.

Ancaq əksəriyyət yaşlandıqca “rəqəmsal vəsiyyət” hazırlama məsələsi daha çox aktuallaşır.

İnternetdəki bütün hesablarınıza giriş məlumatlarını saxlayaraq bir nəfərə saxlamağa vermək şansını təmin edən Cirrus Legacy adlı şirkətin qurucularından biri olan Paul Golding bildirir, “Minlərlə insan bizə müraciət edib. İnsanlar nə qədər çox şey itirəcəklərinin fərqindədirlər.”

İnternet həyatınızdakı detalları vəsiyyətə daxil etməniz mümkün deyil, çünki bunlar hamının görə biləcəyi şeylərdir. Amma vəsiyyətdə bu məlumatları necə əldə edə bilməyin mümkünlüyü göstərmək olar. İstifadəçi adları və şifrələr tez-tez dəyişdiyinə görə həmin qurumy tez-tez məlumatlandırmaq lazımdır. Bu məlumatları 3-cü bir qurumda saxlamaq isə olaraq tanınır ki, bu da bir model olaraq getdikcə daha çox məşhurluq qazanır.

My Wonderful Life adlı veb əməliyyatı istifadəçilərinə öldükdən sonra sevdiyi insanlaramesaj göndərmə şansı verir. Ifidie(if i die-əgər ölsəm) adlı Facebook tətbiqetməsi isə öldükdən sonra bir zarafatı, lətifəni və ya etiraf videosunu paylaşmaq imkanı təqdim edir.

 

“Rəqəmsal çevrə” yaratmağın riskləri

 

Ancaq bütün bunların riskləri də az deyil.

Bütün məlumatlarınızı bir yerdə toplamaq hacker hücumu zamanı sizi çətin vəziyyətə düşürə bilər.

Bütün internet saytları hesaba ancaq hesabın sahibinin girə bilməsinə icazə verir. Ailə üzvləri belə olsa başqalarının həmin məlumatlardan istifadə etməsi qanundankənardır.

İtirdiyiniz yaxınınızın bilmədiyiniz tərəfinin ortaya çıxması onun xoşuna gəlməyə bilər.

Bütün çatışmazlıqlardan sonra Digital Beyond-dan Evan Carroll internetdəki bütün hesablarınızı şifrələri ilə birgə bir kağıza yazıb güvəndiyiniz birinə verməyinizin zərərsiz olacağını deyir.

” Bir çox insan internetdə əhəmiyyətli bir şeyinin olmadığını deyir. Ancaq hər hansısa məlumatın bir gün onun ailəsi üçün dəyərli olacağını da bilə bilməzsiniz.” Carroll deyir.

Mənbə:  BBC- Joe Miller

post

Çində əsgərdən çox internet müşahidəçisi var

Sosial media çarxına daxil olmamaqda təkid edən Çin yoxlama mexanizmininin gücündən heç nə əskiltməməyə davam etdiyi vaxt ölkədə qəribə statistikalar meydana çıxıb. Belə ki, ölkədəki onlayn müşahidəçilərin sayı ordudakı əsgərlərin sayını keçib. Ötən həftə Çinin dövlət kanalı Beijing News-da çıxan bir xəbərə əsasən, ölkədə onlayn müşahidəçi kimi iki milyondan çox adam işləyir. Bu isə ölkənin onlayn senzura sisteminin miqyasını açıqlayan bir rəqəmdir. Belə ki, rəsmi və ya özəl əməliyyatlar üçün şərhləri və hesabatları yoxlayan müşahidəçilərin sayı 1.5 milyon aktiv əsgər sayını da keçir. Artıq bütün sənayelər Çinin sürətlə böyüyən sosial media dünyasını yoxlaması, ya da yoxlamağa çalışması üzərində diqqət cəmləyiblər. Beijing times bildirir ki, Çon Kommunist Partiyasının rəsmi nümayəndəsi People`s Daily bu ay uğur əldə etmiş tələbələrin “ictimai rəy analitikləri” sertifikatı alacağı dörd günlük bir seminar təşkil edir. Sertifikat sahibləri Çinin propaqanda departamenti, ticarət işləri, yeni internet saytları və ya ictimaiyyətlə əlqaələr şirkətlərindəki işlər üçün axtarılan xüsusiyyətləri daşıyacaqlar.

Disney Research, ekranda olan obyektlərin hiss edilməsi üçün yeni bir texnologiya yaradıb

Hal-hazırda sensor ekranlar bir çox müxtəlif cihazlarda istifadə olunur. Onları gün-gündən daha da inkişaf etdirərək insanaların texnologiyadan maksimum yararlanmasını təmin edirlər. Disney Research də bu sahədə öz addımlarını atıb.

Tactile-Bump-bugx

3D ölçülü xovlama və dərinliyi ölçmə bacarığına malik bir cihazla onlayn aləmə ötürülən obyektləri xüsusi alqoritm ilə düz ekran üzrərində istifadəçiyə hiss etdirə bilən sistem bu hissiyyatı barmaqla ekran arasında meydana gələn elektrostatik enerjinin gərginlik dəyişməsi ilə təmin edir. Məsələn, əgər hər hansı bir obyektin ortasında aşağıya doğru əyilmə varsa sistem bunu insanın barmağının ekranda durma formasına əsasən ölçür və istifadəçinin barmağına az və ya çox gərginlik tətbiq edərək həmin əyilməni hiss etdirir.

Tactile-Bump-image4b

Bu isə xüsusilə gözdən əlillər üçün təmin etdiyi hissiyyat ilə bir addım rəqiblərindən öndədir.

http://www.youtube.com/watch?v=zo1n5CyCKr0

 

Mənbə: http://www.disneyresearch.com/

post

İki texnologiya nəhəngi birlikdə işləyəcəkmi?

Google Glass uzun müddətdir ki, hər kəsin diqqət mərkəzindədir. Təqdim edilməsə də bu gözıüklər üçün tətbiqetmələr hazırlanır və testlər son sürətə davam edir.

Ancaq bu ərəfədə ortaya çıxan daha bir şayiə də Samsung şirkətinin öz gözlüklərini hazırlamasıdır. Glass Gear adlı gözlüyün Google Glass-a oxşadığı deyilir. Ancaq Samsung və Google-un bu işdə ortaq, yoxsa rəqib olduqları hələ məlum deyil. Samsung-un öz gözlüklərini 2014-cü ilin Aprel və May aylarında təqdim edəcəyi deyilir. Samsung-un öz gözlüyündə “Glass” sözünü istifadə etməsi Google vasitəsilə hazırlanmış Samsung gözlüyü olduğu şübhəsini artırır. Samsung və Google-un Android sahəsindəki yaxın iş ortaqlığının ardınca Samsung-un Google-a aid “Glass” markasını götürüb özünə aid bir məhsulda icazəsiz istifadə edərək narazıçılıq yaratmayacağı düşünülür. Qısası Samsung-un rəqəmsal gözlük layihəsinin Google-un gözlüyü üstündə yaradılmış bir layihə olma ehtimalı olduqca böyükdür.

iPad 5-dən yeni görüntülər

Apple-ın yeni iPad-inə aid olduğu deyilən yeni görüntülər Sonni Dikson tərəfindən yayımlanıb.

21767448

Görüntülərə görə yeni iPad özündən əvvəlkinə nisbətən daha nazikdir. Rəngi isə “kosmos bozu”dur. Bu rəng ilk dəfə iPhone 5S-də istifadə edilib.

Deyilənlərə görə Apple-ın qızılı rəngli iPad-lə insanlara sürpriz etməsi də mümkündür.

Daha bir iddia isə Apple-ın yeni iPad-lərini Noyabrın 22-də təqdim edəcəyidir.

21767464

post

3 yeni batareya texnologiyası inqilab edəcək

LG-nin mobil aləmə istiqamətlənmiş innovativ həmlələrinin arası kəsilmir. Cənubi Koreyalı istehsalçı indi də üç yeni batareya texnologiyasını rəsmi olaraq təqdim edib.

Cənubi Koryeanın ikinci böyük mobil alətlər istehsalçısı olan LG innovativ addımlarını birini də əlavə edib. Ötən günlərdən birində bükülə bilən OLED ekranını təqdim edən şirkət indi də inqilaba səbəb olacaq 3 yeni batareya texnologiyasını elan edib.

Bu yeni texnologiyalardan biri LG-nin satışa çıxardığı bir modelində öz əksini tapıb. Digər ikisi isə bükülə bilən smartfonların gəlişi ilə həyatımızda strateji önəm daşımağa başlayıb. İkiqat batareya

İlkin olaraq LG G2-də işlənən bu batareya içərisindəki enerji saxlayan molekulların sıxılaraq daha artıq enerji saxlamasnı təmin edir. Enerji saxlaması ilə məşhur olan LG G2-nin sirri də elə budur.

Bükülə bilən batareya

Bükülə bilən telefonların yaranması ilə daha da inkişaf edəcək olan bu batareyadan da LG G2-də istifadə olunmuşdu. Bu batareyalar telefonun formasına uyğun olaraq kənarlı yox, bükülən olacaq.

Məftilli batareya

LG məftilli batareya adını verdiyi yeni bir texnologiya ilə meydandadır. Bir məftil elastikliyinə malik batareyalar demək olar ki, istilik buraxmır. Belə batareyalar sonradan bükülə bilən olmaqla da faydalıdır.

Hər üç yeni texnologiya LG məhsullarından başlayaraq bütün dünyaya yayılacaq.

post

Samsungdan Messili Galaxy Note 3 reklamı

Samsung bir müddət əvvəl satışa çıxardığı Galaxy Note 3 və ağıllı qol saatı Galaxy Gear  üçün Barselonanın ulduzu Lionel Messinin çəkildiyi reklam çarxını yayımladı. Reklam çarxının mövzusuna görə sirli bir yad insan kasıb bir məhəlləyə gəlir və burada söküntü işləri aparmağı planlaşdırır. Çertiyoj hazırlamaq üçün həmin sirli şəxs Galaxy Note 3, S-Pen qələmi və Galaxy Gear saatından istifadə edir.  Məhəllədəki kasıb uşaqlar isə mahnı oxuyaraq bu layihəni narahatlıqla izləyir və qorxurlar. Sonda sökülməli olan bina dağıdılır. Uşaqlar həmin dağıntı ərazisinə getdikdə bir futbol meydançası ilə qarşılaşırlar. Həmin sirli şəxs isə məşhur futbolçu Lionel Messidir. Bu surpriz uşaqları çox sevindirir.

post

Yeni YouTube hazırdır, lakin…

Microsoft Windows Phone-dakı YouTube tətbiqetməsini yeniləyərək yenidən işlək vəziyyətə gətirdi.  Google şirkətinin xoşuna gəlməyən bu tətbiqetmə yenə YouTube-un HTML5 əsaslı mobil veb saytını göstərir.

Microsoft YouTube üçün hazırladığı ilk tətbiqetməni may ayında yayımlamışdı. Lakin Windows Phone-u dəstəkləməyi düşünməyən Google tətbiqetmənin Windows Phone Store-dan yığışdırılmasını tələb etmişdi.  Yığışdırıldıqdan sonra bəzi dəyişikliklər edilsə də, yenə Google-un reklam prinsipləri yerinə yetirilməmiş olaraq qalırdı. Nəticədə, Google Windows Phone-daki YouTube-un fəaliyyətinə yenə icazə verməmişdi.

Google ilə Microsftun birgə yeni YouTube tətbiqetməsi hazırlayacaqları bir neçə ay idi ki, müzakirə olunmaqda idi. Amma görünür ki, Microsoft Google ilə işləmək planlarından əl çəkib və YouTube üçün yeni tətbiqetməni özü yayımlamağı tərcih edib.  Yeni tətbiqetmə YouTube-un mobil veb saytındakından fərqli bir funksiya təqdim etmir.

Yəni ki, tətbiqetmə əslində sayt siyahınızda YouTube saytına qısayol olaraq yer alır.