post

Müxtəlif dilli könüllü Vikipediyaçılar Vikipediya layihələrinə böyük töhfə verir

“ Əllərim əsir, həyat yoldaşımın köməyi olmadan stəkanı tuta və çay tökə bilmirəm. Amma mən yazmağı bacarıram!”
Əvvəllər Tamildə idman jurnalında redaktor işləyən 75 yaşlı tamil dilli vikipediyaçı Sengai Podhuvan Vikimania üçün “Viki redaktə prosesinin təkmilləşdirilməsi” layihəsinə qoşulur. Sengai Podhuvan Tamil Vikipediyasına Tamil ədəbiyyatı və elmi mövzuda 2,350 məqalə, eyni zamanda 17-ci əsr və daha qədim dövrlərə aid 2000 kitabı xronoloji ardıcıllıqla Vikipediyada yerləşdirib. Həmçinin, 1950-1960-cı illərə qədər müxtəlif ölkələrdə oynanılan 200 kənd oyunu haqda sayta məlumat əlavə edib. “Mənim təcrübəm, xidmətim və uşaqlığım mənim mənbələrimdir” deyən Podhuvan bildirmişdir: “Əllərim əsir, həyat yoldaşımım köməyi olmadan stəkanı tuta və çay tökə bilmirəm. Amma mən yazmağı bacarıram!”

“Biz Vikipediyada daha çox qadın istəyirik!”
Tibb tələbəsi olan Neza Husseyn “Viki Qadın Əməkdaşlığı”( qadınlara dair onlayn kontentin yaradılmasına yönəlmiş ümumdünya təşəbbüsü) layihəsinin pilot könüllüsüdür. Ötən il Argentinada Viki-Qadın Düşərgəsində iştirak edən N.Hüsseyn deyir “Vikipediyada qadın müəlliflərin yerləşdirdiyi məqalələrin faiz göstəricisi 22 faizdən azdır. Qadın redaktorlar azlıq təşkil etdiyindən qadın sağlamlığına dair məqalələr də yox dərəcəsindədir. Biz Vikipediyada daha çox qadın istəyirik!”
Neza Malayalam Vikipediyası üçün 3500 və ümumi Vikipediya üçün daha 3500 məqalə daxil olmaqla 10.000 məqalə yerləşdirmişdir. “Asan olduğu üçün əsasən ingiliscədən tərcümələr edirəm, amma malayalam dilində sözlərin dəqiq ekvivalentlərini tapmaq çox çətindir. Lüğətlər yenilənmir. Nəticədə biz ingilis, tamil, yaxud da sanskrit dilindəki sözlərdən istifadə etmək məcburiyyətində qalırıq”.

“Yeni yaradılmış məqalələr Vikipediya normalarına cavab vermirsə, onları silmək üçün işarələyirəm. Gözüm üstlərindədir”.
Kompyuter mühəndisliyi üzrə təhsil alan tələbə Arnav Sonara Vikimaniada birgə onlayn işlədiyi insanlarla tanış olmağı səbirsizliklə gözləyir. O, Vikipediyada 2000 məqalə qucarat dilində olmaqla 5000 redaktə etmişdir. Arnav hələ ki, cəmi 22.500 paylaşımın oduğu Qucarat Vikipediyasına məqalələr əlavə etməyə davam edir və məqalələrdəki vandalizm hərəkətlərini də nəzarətdə saxlayır. “Mən sürətli ləğvetmə işləri aparıram. Yeni yaradılmış məqalələr Vikipediya normalarına cavab vermirsə onları silmək üçün işarələyirəm. Gözüm üstlərindədir”.
Kandhampattidə orta məktəb müəllimi olan Parvathi 2011-ci ilin sentyabrından bu günə kimi Tamil Vikipediyasında 10.500 redaktə etmişdir. Redaktələr tamil ədəbiyyatı, alimləri və “Divya Desams” ( 108 Vaişnava məbədi) ilə əlaqədar edilmişdir. O, həmçinin birinci səhifə üçün 30 məqalə və “Viki Tamil” müsabiqəsi üçün 700 şəkil töhfə vermişdir. Bu müsabiqədə “Davamlı iştirak” mükafatı ilə təltif olunmuşdur.

Mənbə: www.thehindu.com

post

WikiTube Vikipediya məqalələrinə Youtube videoları əlavə edir

Vikipediya nəhəng onlayn məlumat resursudur. Xüsusilə, hansısa mövzuya dair tez bir zamanda icmal əldə etmək istəyənlər üçün. Mükəmməl olmadığı üçün elmi tədqiqatınızın əsas məlumat mənbəyi olaraq Vikipediyadan istifadə etməyiniz məsləhət deyil. Yaxşı olardı ki, haqqında daha ətraflı öyrənmək istədiyiniz mövzuları sürətlə nəzərdən keçirmək üçün ondan faydalanasınız.
Vikipediyadakı bütün məlumatlar müvafiq yerlərdə şəkillər yerləşdirilmiş mətn formasındadır. Əgər siz vizual öyrənənsinizsə, o zaman video dərslərə və yaxud mövzulara dair video məlumatlara üstünlük verməlisiniz.
Mövzuya dair videolar üçün YouTube yaxud video paylaşımlar edən digər veb-saytlara baş çəkə bilərsiniz. Həmçinin, Google Chrome-un WikiTube proqramından istifadə edə bilərsiniz. Bu proqram hər Vikipediya səhifəsinin başlığına mövzu ilə əlaqədar videolar əlavə edir. Məsələn, siz “Su elektrik stansiyası” səhifəsini açanda bu stansiyanın necə işlədiyini izah edən üç video görəcəksiniz. Sağ tərəfdə “üstəgəl” işarəsi var. Bu düyməyə basmaqla səhifəyə digər videolar əlavə olunur.
Bu konsept əsasən Vikipediyanın elmi mövzulu səhifələrinə aiddir.
Videolar birbaşa Vikipediya səhifəsində açılmalıdır. Bir çox sorğular üçün musiqi səslənməsi baxımından bu yaxşı haldır. Belə ki, siz eyni vaxtda həm məqalə oxuya, həm də musiqi dinləyə bilərsiniz.
WikiTube Vikipediya səhifələrinə məlumat axtarışında köməyinizə çatacaq videolar əlavə edir. Bu, bir çox axtarış növlərində çox işə yarayır. Məsələn, musiqi, insanlar yaxud texnologiya ilə bağlı sorğularda bu videolar Vikipediyanın özündən daha çox köməyinizə çata bilər.
Bu videolar həmçinin, yaranandan bəri saytda olmayan yeni bir funksiyanı Vikipediyaya gətirir.

http://www.ghacks.net/

post

Qəzəbli azarkeşlər Mançester Yunaytedin prezidenti Ed Vudvardın Vikipediya səhifəsini dəyişdilər

Qəzəbli azarkeşlər klubun yay transfer pəncərəsindəki uğursuzluğun ardınca idarə heyəti rəhbəri Ed Vudvardın Vikipediya səhifəsini hədəfə alıblar.

Premyer Liqa çempionları Evertonun mərkəz oyunçusu Marouani Fellaini ilə müqavilə bağlamaqla yay pəncərəsinin əsas transferini ediblər.

Yay transfer pəncərəsi zamanı Barselonaın ulduzu C.Fabrekası, Evertonun müdafiəçisi L.Beyns, Atletik Bilbaolu A.Herrera və Real Madridli F.Koentraonu transfer etmək üçün edilmiş uğursuz cəhdlərdən sonra Fellainin transferi 27 milyon avroya başa gəldi.

101greatgoals.com-a əsasən, Vudvardın Vikipediya səhifəsində azarkeşlər tərəfindən dəyişikliklər edilmiş, onun ünvanına “ topal” , “ bacarıqsız” kimi ifadələr səsləndirilmişdi.

Twitter sosial şəbəkəsində də ağır tənqidlərə tuş gələn biznesmenin Vikipediya səhifəsində edilmiş dəyişikliklər artıq aradan qaldırılıb.

Mənbə: http://www.sportsmole.co.uk

post

Miçiqan Dövlət Universiteti real-dünya, sosial media layihələrini dərslərdə istifadə etmək üçün Vikipediya ilə səylərini birləşdirir

Bir çox tələbə axtarış üçün Vikipediyaya müraciət edir, lakin çox az tələbənin Vikipediyadan dərsin bir hissəsi kimi faydalanmaq imkanı var. Telekomunikasiya , informasiya və media fakültəsinin üzvləri Coannes Bauer və Conatan Obar Vikimediya Fondunun İctimai Siyasət Təşəbbüsünə qoşulub və Vikipediyanı dərs cədvəlinə daxil edib. Bu təşəbbüs Vikipediyanın məzmununu yaxşılaşdırmaq və artırmaq üçün mütəxəssislərin və tələbələrin bir araya gəlməsinə ümid bəsləyir.

Bu yaz Coannes hökumət, ictimai təşəbbüslər və qanunlarla məşğul olan “TC850:Telekommunikasiya siyasəti təhlili” , Conatan isə telekommunikasiya tənzimlənməsi ilə əlaqədar olan “TC210:Media və kommunikasiya siyasəti” ixtisasını tədris edir. Hər iki fakültənin üzvləri Vikipediya tapşırıqlarını öz dərslərinə daxil edəcək və onun xüsusiyyətlərindən dərs tapşırıqları sillabusunda istifadə edəcəklər.

“ Bu, tələbələrin yenilikçi, real-dünya, sosial-media layihəsinə qoşulmaları üçün bir imkandır. Eyni zamanda, bu, tələbələrin siyasət haqqında öyrənmələri üçün həqiqətən də inanılmaz bir şansdır…Bu doğrudan da işə yarayan təlimdir…”

İctimai Siyasət Təşəbbüs layihəsinə həm elementar (sayta girmək və redaktə etmək) ,həm də geniş elmi araşdırma səviyyəsində müxtəlif məqsədlər daxildir.Tələbələr kommunikasiya siyasətinin təkamülü və inkişafını, siyasi qanunların necə müəyyənləşdirildiyini və bütün növlərin iştirakı ilə sənayenin formalaşma qaydasını başa düşə biləcəklər. Tələbələrin bu aspektləri öyrənmək və bu iri korporasiyanın iştirakını anlamaq üçün gəldiyini vurğulayan Doktor Obar bu layihənin “siyasi tədqiqatı başa düşərək sosial bərabərsizlikləri və kommunikasiyadakı təhrifləri vurğulamaq, ədalət və bərabərliyi artıran nəzəri məlumatlı yanaşmaları siyasətə təqdim etmək, o cümlədən, cəmiyyətdəki varlıları və kasıbları müəyyənləşdirmək və göstərmək üçün olduğunu” da qeyd edib.

Dərslərdə iştirak üçün əlavə olaraq ikisi TİM tələbəsi olan üç MDU Kampus Nümayənəsi təyin edilib və onlara tapşırıqlar verilib. Media və Kommunikasiya Texnologiyaları fakultəsinin tələbələri David Quz və Allison Manksel Media və Kommunikasiya Siyasəti kursunda Doktor Obara , MBA tələbəsi olan Kristofer Çeney isə Coannes Bauerə kömək edəcək.Vikipediyada qeyd olunduğu kimi kampus nümayəndələri “tələbələrə kömək etməyə hər zaman hazır olan təcrübəli tələbə heyəti və vikipediyaçılardan ibarətdir”. Bu nə qədər qəribə səslənsə də əslində belə görünür ki, onlar professorlara və tələbələrə Vikipediya ilə əlaqədar kurslarda kömək edəcəklər.Nümayəndələr iş zamanı əlavə mühazirələr verəcək və təqdimat üçün lazım olan vərdişləri öyrənəcəklər.

Ümumilikdə, Vikimedia İctimai Siyasəti Təşəbbüsünə 21 universitet qoşulub.Bunların içərisində 51 kampus nümayəndəsi və 59 onlayn nümayəndə var. İndiyə qədər təşəbbüsə qoşulan ən böyük layihə Doktor Obarın TC210 layihəsidir.

Mənbə: http://tism.msu.edu