post

iOS 7: Apple şirkəti hakerlərin telefonlara müdaxilə etməsinin qarşısını alacağını vəd edir

Apple şirkəti yeni iPhone-larda ekranı söndürmə zamanı yaranan nasazlıqları aradan qaldıracağını bildirib. Yeni əməliyyat sistemi telefon kilidli olarkən istənilən kəsə əhəmiyyətli funksiyalara keçid edə bilmə imkanı verir. Belə ki, ekran kilidli olduğu halda telefona asanlıqla daxil olmaq, şəkilləri paylaşmaq və s. kimi əməliyyatlar yerinə yetirmək olur. Bu, telefon istifadəçiləri arasında narahatçılığa səbəb olub.

Bundan əlavə telefon istifadəçiləri yeni tətbiqetmənin Androidə bənzəməsindən, iOS 7 yüklədikdən sonra əməliyyat sistemində xətalar olmasından, enerji yığılması barədə xəbərdarlıq edilməməsindən, səsin daha zəif gəlməsindən və s. əskikliklərdən şikayətlənirlər.

Yeni iOS 7 təxminən 2 həftə öncə pulsuz yükləmək üçün ictimaiyyətə təqdim olunmuşdur. Baş icraçı direktor Tim Kuk iOS 7-ni “iPhone yaranandan bəri iPhone əməliyyat sistemindəki ən böyük dəyişiklik” adlandırıb. Lakin yeni əməliyyat sistemi bir çox erkən problemlərlə üzləşib. İstifadəçilər hətta telefon kilidliykən belə ancaq təcili zəngləri deyil, adi zəngləri də edə bilməyin mümkün olduğunu ortaya çıxarıblar.

Hakerlərə telefonun daxil olmaq üçün şifrə tələb etməli olan kilidli ekranına şifrəsiz də daxil oluna biləcəyi məlum olub. Bu nasazlıq iPhone4S və 5-ə təsir etsə də, 5S və 5C-yə təsir etmədiyi güman edilir.

Telefona bu yolla daxil olan istənilən şəxs başqasının mesaj, email və foto xidmətlərindən, eləcə də Facebook və Twitter hesablarından istifadə edə bilər.

Apple-ın nümayəndəsi “The Guardian”-a bildirib: ” Apple istifadəçi təhlükəsizliyinə çox ciddi yanaşır. Biz bu məsələdən xəbərdarıq və gələcək proqram təminatı yeniləmələrində mütləq düzəlişlər edəcəyik”.

mənbə:  http://www.independent.co.uk/

post

Apple şirkətinə qarşı elektron kitab məhdudiyyəti

ABŞ məhkəməsi texnologiya nəhəngi Apple-in kitab nəşriyyatları ilə müqavilə bağlamağına məhdudiyyət qoyub. Bu qərar həmin razılaşmaların elektron kitabların satış qiymətinə təsirini önləmək üçün çıxarılıb. Məhdudiyyət Apple şirkətinin elektron kitab qiymətlərinə nəzarət ilə bağlı beş nəşriyyatla razılaşmasının ardınca iyul ayında baş tutmuş məhkəmə prosesindəki qərar ilə tətbiq olunub. Həmçinin, məhkəmə yeni qaydaların tətbiqini təmin etmək üçün Apple şirkətinin xaricdən nəzarətçi işə götürüməsi haqda qərar verib.

Apple şirkətinə qarşı hüquqi tədbirlər görən ABŞ-ın  Ədliyyə Departamenti bu qərardan “razı qaldığını” bildirib. Indi Apple şirkətinə həmin beş nəşriyyat ilə satış qiymətlərinə nəzarət etməyə imkan verən müqavilələr bağlamağa icazə verilmir. Məhkəmə qərarının tətbiq müddəti beş ildən sonra bitəcək. Lakin lazım gələrsə qərarın tətbiq müddəti uzadıla bilər.

Baş prokurorun köməkçisi Bill  Baer bildirib: “ Apple şirkətinin qiymətlərə qeyri-qanuni nəzarətinə qarşı yönəlmiş tədbirlərdə  məhkəmənin Ədliyyə Departamentinin cəhdlərini dəstəkləyən qərar çıxarmasından məmnun olduq”.

İstehlakçıların müdafiəsi

İstehlakçılar bu önəmli sənaye sahəsində rəqabəti təmin etmək üçün departamentin qoyduğu tələblər nəticəsində elektron kitabların  aşağı qiymətlərindən faydalana biləcəklər.

Apple şirkəti qiymətin satıcılar tərəfindən müəyyən olunmasına imkan yaratmaq əvəzinə, nəşriyyatların elektron kitabların qiymətini təyin etməsinə dəstək verir.

Dövlət ittihamçıları bildirib ki, Apple-in bu hərəkəti Apple şirkətinin təklif etdiyi qiymətdən daha ucuz qiymətə elektron kitablar təklif edən rəqib şirkət Amazon şirkətinə qarşı yönəlmişdi.

Belə ki, Amazon-un bestsellerlər üçün ənənəvi satış qiyməti İPad-in yaradılmasından sonra 9.99 dollardan 12.99 dollara qalxmışdı.

post

Əgər Vikipediya məqalələri çap olunsaydı…

Əgər bütöv bir Vikipediyanın (məsələn, Ingilis dilli Vikipediya) çap olunmuş versiyası olsaydı, həmin versiyaya edilən dəyişiklikləri çap etmək üçün neçə ədəd çap maşınına ehtiyac yaranardı? Təəccüblü olsa da, cavab 6-dır.

Lakin, Vikipediyada yenilənən məlumatları çap etmək fikirinə gəlməzdən əvvəl həmin çap maşınlarının nə iş görəcəyini və bunun neçəyə başa gələcəyinə nəzər salın.

Vikipediyanın çap olunması

Insanlar əvvəllər də Vikipediyanı materiallarını çap etmək haqda düşünüblər. Bir neçə il əvvəl Rob Metyu adlı tələbə Vikipediyadakı “seçilmiş məqalələr”i çap edərək bir neçə fut qalınlığında kitab hazırladı. Əlbəttə ki, bu Vikipediya ensiklopediyasının çox kiçik bir hissəsidir, bütün ensiklopediyanın çap versiyası daha böyük həcmdə olardı. “Tompw” adlı Vikipediya istifadəçisi bütün ingilis dilli Vikipediyanın çap olunmuş versiyasını hesablamaq üçün viki səhifə yaratdı.  Gəlin onun qeydləri ilə tanış olaq.

“ Davamlı olaraq redaktələri nəzərə alaraq hesablamağa başladım.

Hal-hazırda ingilis Vikipediyasında hər gün 125,000-150,000 arası redaktə edilir və yaxud hər dəqiqə üçün edilən redaktələrin sayı 90-100-dür.

Biz hər redaktədəki ortalama  söz sayını hesablamağa çalışdıq, lakin bu hesablamanı aparmaq qeyri-mümkün idi. Xoşbəxtlikdən bizim bu hesablamaya ehtiyacımız yoxdur, biz sadəcə edilən hər bir redaktəni hansısa mövzuya dair yeni bir səhifənin çap edilməsi kimi nəzərə alacağıq. Bəzi redaktələr yeni səhifələrin əlavə edilməsini, bəziləri isə öksinə bəzi səhifələrin çıxarılmasını tələb edir. Bu səbəbdən hər redaktə üçün ortalama olaraq bir səhifə əlavə edəcəyik.

 

Vikipediyada olan şəkil, cədvəl və mətn kontentli yazılar üçün keyfiyyətli bir printer hər dəqiqə üçün 15 səhifə çap edə bilir. Bu isə o deməkdir ki, istənilən vaxt edilmiş redaktələri çap etmək üçün sizing cəmi 6 məqaləyə ehtiyacınız olacaq.

Rob Metyunun kitabını hesablamanın başlanğıc nöqtəsi kimi götürərək hazırkı ingil Vikipediyasının ölçülərinə dair öz hesablamalarımı əlavə etdim. Seçilmiş məqalələrin ortalama həcminə əsaslanaraq  bütün məqalələr üçün 3003 metr kağızın lazım olacağını hesabladım.

Altı ədəd printerin qiyməti o qədər də çox deyil, amma nu printerlərin dayanmadan işləyəcəyini nəzərə alın, bu isə artıq böyük vəsait tələb edir.

Bu printerlərin işi üçün sərf olunan elektrik enerjisinin xərci az olacaq- bir gün üçün cəmi bir neçə dollar.

Bir səhifə vərəqin qiyməti bir sent  olarsa, bu ümumilikdə minlərlə dollar deməkdir.

Bundan başqa bu printerləri 24 saat işlətmək üçün işçi götürməli olacaqsınız. Düşünürəm ki, işçilərin maaşı kağız üçün ödədiyiniz məbləğdan az olacaq.

Lakin mürəkkəb almaq üçün lazım olan məbləğ dəhşətli olacaq.

Bir səhifəlik mətni çap etmək üçün təxminən 5 sent, bir səhifə həcmində şəkli çap etmək üçün təxminən 30 sent lazımdır. Gün ərzində orta hesabla 4 ya5 qab mürəkkəbə ehtiyacınız olacaq. Əgər siz lazerli printer istifadə etməsəniz, təkcə bir aylıq mürəkkəb üçün yarım milyon dollar xərcləmiş olacaqsınız.

 

 

post

Google dil baryerini aradan qaldırmaq axtarışında

2009-cü ildə Berlində keçirilən mətbuat brifinqində Almaniya Kansleri Angela Merkel və İsrail Baş naziri Benjamin Netanyahi tərcüməçi busunda görüntülənmişdilər.

Dil baryeri aradan götürülə bilərmi? Yəqin ki, Google şirkəti bunun mümkünlüyünü düşünür: almaniyalı kompyuter mühəndisinin rəhbərliyi ilə şirkət universal tərcümə aləti hazırlamaqdadır. Lakin, Microsoft və Facebook ilə rəqabət qaçılmazdır.

Elmi ədəbiyyat yazarları bəşəriyyətin gələcəyi barəsində düşünəndə dünyanı təkmilləşdirmək üçün bir sıra ideyalar təkrar-təkrar ortaya çıxır. Bu ideyalara məhdudiyyətsiz enerji və kosmik gəmilərin işıq sürəti ilə hərəkəti, eləcə də, bütün dil baryerlərini aradan qaldıracaq universal tərcüməçi xidməti göstərəcək miniature kompyuterlərin yaradılması daxildir.

Nəhayət ki, bu arzuların nəticəsi olaraq Google bir layihə gerçəkləşdirmək niyyətindədir. Layihə üzrə məsul şəxs Almaniyanın cənub-qərbində, Erlangen yaxınlığında  kiçik kəndə yaşayan kompyuter alimdir.

41 yaşlı Franz Jozef Ox uzun müddətdir ki, bütün diqqətini vahid bir məqsəd-mükəmməl tərcümə kompyuteri yaratmaq üzərində cəmləşdirirb. Bu maşın o qədər sürətli işləyəcək ki, “  qulağınıza gələn pıçıltıdan savayı heç nə diqqətinizi çəkməyəcək”. Bu qurğu istənilən mətni, veb-sayt kontentini və yaxud nitqi dərhal başqa bir dilə çevirəcək.

Hələ yeniyetmə olarkən o, insana məxsus atributları simulyasiya edən maşınların arzusunu qururmuş.

Ox kompyuter elmləri üzrə ixtisaslaşmış və süni zəka mövzusunda dissertasiya müdafiə edərək doktorluq dərəcəsi almışdır. Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamentinin tərkibində yerləşən Müdafiə üzrə Yüksək Tədqiqat Layihələri Agentliyi( DARPA)  onu Kaliforniyaya gətirmişdir. 2004-cü ildə Oxa Google-un yaradıcılarındam biri olan Lari Peygdən telefon zəngi gəlir və Lari ona deyir : “ gördüyün işin əhatə dairəsini genişləndirmək istərdinmi?”

Oxa ayrı bir şöbə həvalə edilir. Bu “Google Translate” şöbəsi idi.

 

Gələcəyə dair ekzotik fantaziyalar intenet nəhənginin biznes modelinin bir hissəsidir. Bu fantaziyalara özünüidarə edən avtomabillərin yaradılmasından tutmuş insan ömrünün uzadılmasına dair təcrübələr daxildir. Google Translate-də bu günə kimi az işlər görülsə də, görünüşə görə heç kəs Ox və onun komandasının ambitsiyaları ilə rəqabətə girmək istəmir.

 

Kompyuter üzrə almaniyalı alim və onun komandası artıq  bu işdə önəmli irəliləyişə nail olublar. Google Translate indi mətni 71 dilə qarşılıqlı tərcümə edə bilir. Yəni, ingilis-alman və yaxud islan dili- yapon dili.

Məsələn, “SPIEGEL” məqaləsi proqrama daxil edilən kimi istifadəçi bir neçə saniyə sonra həmin məqalənin fransızca tərcüməsini görə biləcək. Italyan veb-saytlarını bir düyməyə basmaqla alman dilində görə bilərsiniz. Yaponya dəmiryol stansiyasında yazı olan yol işarəsinin smartfonla şəklini çəksəniz, Translate app avtomatik olaraq şəkildəki yazını tanıyacaq və onu tərcümə edəcək.

Ötən il Google-un bu xidmətindən 200 milyon dəfə istifadə olunub. Ən əsası isə bu pulsuz xidmətdir. Böyük ehtimalla Google gələcəkdə bu alətdən istifadəyə görə müəyyən məbləğdə pul tutacaq.

Lakin, hal-hazırda şirkətin məqsədi bu xidməti mükəmməlləşdirmək və smartfonlarda istifadəsini təmin etməkdir. “Translate” komandası smartfonları danışan tərcümə maşınına çevirmək üçün tətbiqetmə hazırlayır. 20-dən çox dilə tərcümə nəzərdə tutur.

Cümlələr sadə quruluşlu olduğu təqdirdə tətbiqetmə olduqca yaxşı işləyir. Məsələn, kimsə Pekində taksi sürücüsünə əczaçıxanaya getmək istədiyi demək üçün sadəcə həmin cümləni hansısa dildə, məsələn alman dilində öz smartfonuna deyir və dərhal cümlənin çin dilində tərcüməsini eşidir.

Ox düşünür ki, tətbiqetmə hələ də zəif səviyyədədir, çünki düymələrdən istifadə etmək məcburiyyətindəyik. Tərcümə keyfiyyəti də qənaətbəxş deyil. Amma nəzərə alın ki, cəmi bir nüçə il əvvəl o, insanlara bu günkü “ Google Translate” haqda danışsaydı onu dəli adlandırardılar.

 

post

Microsoft Nokia xidmətlərinin lisenziyasını satın alır

Microsoft  və Nokia şirkətləri sentyabrın üçündə elan etdilər ki, hər iki şirkətin direktorlar şurası Microsoft-un Nokianın bütün mexanizm və xidmətlərini , Nokia patentinin lisenziyasını və Nokia xəritə xidmətlərinin lisenziyasını və onlardan istifadə hüququnu satın alması haqda razılığa gəliblər.

Müqavilənin şərtlərinə əsasən Nokia şirkətinin bütün mexanizm və xidmətlərinə görə Microsoft şirkəti 3.79 milyard avro, Nokia patentinin lisenziyası üçün 1.65 milyard avro olmaqla ümumilikdə bu saziş üçün nəğd olaraq 5.44 milyard avro ödəyəcək. Sazişi maliyyələşdirmək üçün Microsoft xaricdəki nəğd pul resurslarından istifadə edəcək. Nokia səhmdarları təsdiqi olduğu və digər şərtlər ödənildiyi təqdirdə, sazişin 2014-cü ilin ilk rübündə bağlanacağı gözlənilir.

Nokia ilə əməkdaşlıq qurulması fikri hələ 2011-ci ilin fevralında səslənmişdi. Nokia Lumia smartfonları uğur qazandıqdan sonra, Microsoft  sürətli innovasiya qurğuları, birgə brend yaratmaq və satış həyat keçirmək yolu ilə öz səhmlərini böyütmək və mobil qurğulardan gəlir götürməyi planlaşdırır. Maliyyə vəziyyətini yaxşılaşdırmaq və gələcək yatırımlar baxımından bu sazişin Nokia üçün böyük əhəmiyyət kəsb edəcəyi gözlənilir.

post

Vikipediya genderlər arasındakı say fərqini aradan qaldıra bilmir

Vikipediyada məqalələri yeniləyənlərin ancaq 20%-i qadınlardır və istefaya çıxmış icraçı direktor bu qeyri-bərabərliyi aradan qaldıra bilməməsindən gileylənir.

Vikipediyanın ingilis versiyasında “abortion”(abort) sözünü axtarsanız, qarşınıza “abortion-rights movements” adlı səhifə çıxacaqdır.  Bu məqalə yarandığı gündən bəri 40 dəfə redaktə olunub – əsasən də kişilər tərəfindən.

“Gənclər həmin hamiləlik haqqındakı məqalə barəsində müzakirə edirlər? – Zarafat edirsiniz?” – Vikipediya dünyası daxilində genderlər arasındakı say fərqini yoxlamaq tapşırığı verilən Vikipediya Fondunun 32 yaşlı keçmiş üzvü Sarah Stirç deyib.

Təcavüz haqqında olan məqalə üçün də oxşar hekayə var. Doğrudan da, Vikipediyada əksər mövzularda kişilər ağalıq edirlər.

Vikipediyanın Hong-Kongda keçirilən builki konfransında Vikipediyada qadınlarla əməkdaşlığın çatışmazlığı gündəmdə olmuşdur.

Stirç 2011-ci ildə Vikipediya, Vikimedia Commons və VikiLüğətin də daxil olduğu 13 qeyri-kommersiya layihəsini işlədən və 150 nəfərlik işçi qrupuna sədrlik edən Vikimedia Fondunun idarə heyətinin sədri Syu Qardner tərəfindən təşkilata cəlb edilib.

Təşkilatın ən yüksək nüfuza malik qadını olan Qardner dünən Fondu tərk edəcəyini təsdiqləyib.

Bununla belə, say fərqi məsələsi həll olunmamış qalır.

“Mən bunu həll etmədim. Biz bunu həll etmədik. Vikimedia Fondu bunu həll etmədi. Həll yolu Vikimedia Fondundan gəlmədi.”

Qardner 2007-ci ildə işi qəbul etmiş və həmin ilin sonlarında Taipeidə Vikiqadın toplantısına qədər Vikipediya dünyasında gender say fərqinin olması barədə heç bir fikri yox idi.

O, hər 400 istifadəçidən yalnız 11-nin qadın olduğunu və onların içində sadəcə 1 valideyn olduğunu öyrənəndə təəccüblənmişdi. Bu ilki Vikimania təşkilatçılarına görə, iyulda 30 qadın qeydiyyatdan keçmişdir ki, bu da onlayn qeydiyyatların ancaq 20.9 faizini təşkil edir.

Qardner bildirib ki, qadınların sahib olduğu çox az boş vaxt ərzində onlar Vikipediyada redaktə etmək əvəzinə başqa sosial fəaliyyətlərlə məşğul olmağa meyllidirlər.

“Qadınlar texnologiyanı əyləncəli bir şeydən daha çox hər hansı tapşırığı yerinə yetirmək üçün vasitə olaraq görürlər,”- Qardner bildirib.

Vikimediya Fondu qadınların iştirakını artırmaq üçün müxtəlif yolları sınaqdan keçirmişdir.  Onlar Vizual Redaktor –istifadəçilərə faydalı redaktə alətini təkmilləşdirmiş və qadınların işlədiyi qalereya, kitabxana, arxiv və muzeylərin yaradılmasını hədəf tutan GlamWiki yaratmışdır.  Qardner hətta gender məsələləri ilə bağlı məqalə də yazmışdır.

Ancaq bütün bunlar çox az fayda vermişdir.

 “Vikipediyada qadın alimlər haqqında yalnız 1500 məqalə var. Qadın alimlərin təxminən yarısı haqqında heç bir məqalə yoxdur,” Çikaqoda Loyola Universitetində təhsil alan 19 yaşlı Emili Templ Vud deyib. O, Vikipediyada qadın alimlər haqqında orta məktəbdə oxuyandan bəri yazır.
Qardnerin bu vəzifədən çıxması və davamçısının kişi olacağı ehtimalı bəzi qadın Vikipediyaçıları narahat edir. Onlar Qardnerin təsiri olmadıqda və bir qadın olaraq məsələdən uzaqlaşdıqda gender say fərqinin böyüyəcəyindən qorxurlar.

Qardner bununla razılaşmır. O, bunu hər kəsin oynamalı olduğu rolu olan bir missiya olaraq görür.

post

Vikipediya haqqında bilmədiyiniz 10 fakt

Deyilənə görə, “Bir tələbə buraxılış günü keçirilən mərasimdə diplom alarkən universitet həyatındakı davamlı uğurları üçün Vikipediyaya təşəkkür edib”. Bunun bir zarafat olmasına baxmayaraq, Vikipediya, həqiqətən bilik əldə etmək və dünyanın demək olar ki,bütün faktlarının doğruluğunu yoxlamaq üçün ən etibarlı veb saytlardan biridir.

Internetdə ən çox ziyarət edilən 6-cı veb-sayt olan Vikipediya, minlərlə könüllülər tərəfindən davamlı olaraq yenilənən bir ensiklopediyadır. Bu veb-sayt 2001-ci il yanvar ayının 15də fəaliyyətə başlayıb və hal-hazırda dünyada bütün nəşrlərdə təxminən 35 milyon qeydiyyatdan keçmiş istifadəçisi var.

Wikipedia.com saytı qeyri-kommersial xeyriyyə təşkilatı olan Vikimedia Fonduna məxsusdur. Bu təşkilat həmçinin, Vikilüğət, Vikikitab və Vikixəbər s. kimi bir çox  layihələri həyata keçirir.

Vikipediya haqda bilmədiyiniz faktlar:

1)Vikipediyanın 285 dildə dərc olunmuş 4 milyondan artıq məqaləsi vardır və bu məqalələrin demək olar ki, hamısı Vikipediyada qeydiyyatdan keçməyən istənilən şəxs tərəfindən nəşr edilə bilər. Baxmayaraq ki,Vikipediya ziyarətçilərinə istənilən bir mövzu üzərində tədqiqat apararkən saytdakı kontentə tam güvənməməyi məsləhət görür, bununla belə Vikipediyanın kontentinə etibar edə bilərsiniz.

2)İstənilən kəs Vikipediya üçün məqalələr yaza və yazdığı məqalələri redaktə edə bilər. Məqalə yazmaq və onu redaktə etmək üçün heç bir qeydiyyat tələb olunmur. 3)2012-ci il yanvar ayının 16-da Vikimedia Fondu SOPA-ya (Onlayn Müəllif Hüquqlarının Pozulmasına Son)qarşı etirazını bildirmək üçün İngilis dilli Vikipediyaya girişi  24 saat müddətində qadağan etdi. Bir çox tanınmış saytlar da bu aktda Vikipediyanı dəstəklədilər.

4)Vikipediyanın bütün redaktələr arasında ən çox məqalə İngilis Vikipediyasındadır(4,177,451 məqalə). Alman Vikipediyası 1,557,829 məqalə ilə ikinci, Fransız Vikipediyası isə 1,359,330  məqalə ilə üçüncü yerdədir.

 

5)Əgər dəqiqədə 600 söz və gündəlik 24 saat oxuya bilirsinizsə, sizə Vikipediyada bütün mövzunu oxuyub qurtarmaq üçün 7 il lazım olacaq. Bununla belə,sizin işiniz qurtarmış sayılmır,belə ki, mövzular yenilənəcək və siz onları sıfırdan başlayıb oxumalı olacaqsız.

6)Bu günə kimi Vikipediyada təxminən 1.8 milyard redaktə icra edilmişdir. Ilk redaktə 2001-ci il yanvarın 16-da icra edildiyi halda,1 milyardıncı redaktə 2010-cu il aprelin 16-da həyata keçirilmişdir.

7)Hər dəqiqə Vikipediyada təxminən 600 redaktə hazırlanır və bu o deməkdir ki,bir saata 36,000, 1 günə isə 864,000 redaktə hazırlanır.Ən çox redaktəyə sahib olan məqalə Corc Buş haqqında olan məqalədir.Bu məqalədə ən çox redaktə etmiş istifadəçi isə İndianadan olan Jastin Anthoni Knappdir. Bu şəxs Vikipediyada1 milyondan artıq redaktə etmiş və hələ də etməkdədir.

8)Vikipediya haqqında ən maraqlı faktlardan biri budur ki, saytda bir dənə də olsun reklam yoxdur. Bu qeyri-kommersiya təşkilatıdır və öz lahiyələrini onlayn şəkildə həyata keçirilə bilən ianələr üzərində davam etdirir.

9)Vikipediyanın ümumilikdə 29,621,520 səhifəsi var. Hesablamalara görə,Vikipediyadakı bütün mətnlər CD-yə köçürülsəydi, ümumi məlumatın həcmi 10 GB olardı.

10)Hər saniyə Vikipediya təxminən 2500 sorğu qəbul edir və bu çox böyük bir tələbatdır. Lakin Vikipediyanın bu tələblərin öhdəsindən gələ bilən 350 müxtəlif serveri vardır.

 

 

http://factsnmyths.com/

post

Vikipediya son xəbərləri öyrənmək üçün Tvitterdən daha yaxşıdırmı?

Vikipediyanı “Canlı nəzarətçi” adlandıran  Google mühəndisi Tomas Steyner hazırladığı alət üçün belə bir fərziyyə verib: əgər son xəbərdə olan hadisə əhəmiyyətlidirsə, bu Vikipediyada ən azı bir dildə öz əksini tapır və xəbərin ilk dəfə yayılması ilə Vikipediyada əksini tapması arasındakı vaxt müddəti çox qısa olur.

Steyner deyir ki, buna klassik missal olaraq, Maykl Cekson vəfat etdiyi zaman saniyələr sonra Pop Kralının Vikipediya səhifəsində onun ölümü barəsində yeni informasiyanın daxil edilməsi  və həmin səhifəninin redaktə etmək istəyən istifadəçilərlə dolmasını göstərmək olar. Bu ilin əvvəllərində Rusiyaya meteor düşərkən Vikipediyada yeni informasiyanın daxil edildiyi çox saylı yeni səhifələr yaradılmışdır.

Qısa vaxt ərzində  istənilən səhifədə redaktorların və redaktələrin sayının yoxlanılması ilə Vikipediya Canlı Nəzarətçisi  “son xəbər namizədləri” müəyyənləşdirə bilər, bu da Steynerin dediyi kimi, Tvitterdə verilən xəbərdən daha etibarlı ola bilər.

“Sosial medialar əvəzinə Vikipediyadan istifadə etmənin əsas motivasiyası odur ki, siz çoxlu hadisələr haqqında bir yerdən məlumat əldə edə bilirsiniz – demək olar ki, bütün müvafiq son xəbərlər haqqında ayrıca Vikipediya səhifəsi var,”- Steyner bildirir.

Sosial şəbəkələrdə siz çox sayda yanlış məlumat ala bilərsiniz. Buna bir çox məşhur şəxsələrin ölüm xəbərinin səhv çıxması ən böyük sübutdur. Steynerin dediyinə görə, Vikipediyada bu cür yanlış xəbərlər demək olar ki, dərhal başqa redaktorlar tərəfindən düzəldilir. Vikipediyanın qarşılıqlı-yoxlama aləti məlumatları  Tvitter, Google Plus, Facebook kimi sosial şəbəkələrdə yenilənən informasiya ilə redaktə etməyə imkan verir, bu da istifadəçilərə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməy kömək edir.

Bu alət hal-hazırda məlumatın onlarla fərqli dillərdə çıxması prinsipinə əsaslanaraq Vikipediya saytına nəzarət edir. Belə ki, xəbər bir neçə saniyə ərzində bir neçə müxtəlif dildə yenilənibsə, deməli bu xəbər beynəlxalq əhəmiyyətə malikdir. Alətin gələcək versiyaları istifadəçilərin müəyyən ölkələr üzrə axtarışlara məhdudiyyət qoymağına imkan verəcək.

Steynerin yaratdığı alətin “son xəbər namizədləri” bölməsində cümə günü vəfat etmiş komediyaçı Conatan Uinters, Venesuala prezidenti seçilmiş Nikolas Maduro, Gangnam Style ifaçısı PSY və başqalarına aid məlumatlar yer alıb.. Vikipediya icmasının Vikipediya səhifəsi yaradılacaq qədər vacib hesab etdiyi məlumatlar üçün standartlar mövcuddur. Bu isə Vikipediyanı  xəbər paylaşmaq üçün ideal məkana çevirir.

 

“Əgər nəysə haqda  Vikipediyada məlumat varsa, demək, bu hadisə az da olsa əhmiyyət kəsb edir,”- Steyner bildirir.

Google  şirkəti üçün işləməyinə baxmayaraq, Steyner deyir ki, o, axtarış nəhənginin onun yaratdığı aləti Google News səhifələrinə baxış sayının artmasına kömək etmək üçün istifadə edəcəyinə və ya onu rəsmi məhsul kimi təklif edəcəyinə əmin deyil ( O deyir ki, bunun haqqında danışmaq hələ çox tezdir). Hazırda alət istifadəçilər üçün “son xəbər namizədləri”nə əsasən məqalələrin hansı tezlikdə redaktə olunmasını müəyyənləşdirməyə kömək edir.

” Xəbərləri təsnifatlandıran və ya kateqoriyalara ayıran istənilən şəxs bu alətlə maralanacaqdır,”- o deyir.

http://www.usnews.com/

post

Bakı şəhərində “VikiTəlimçilərin təlimi” keçirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən VikiHərəkat çərçivəsində təlimlərə start verildi. Gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsinə yönələn ilk təlimlər sentyabrın 21-22-də, Bakı şəhərində keçirildi.

Xaçmaz, Lənkəran, Neftçala, Ucar, Sabirabad, Şirvan, Gəncə və digər regionlardan olan iştirakçılar iki günlük təlim çərçivəsində Vikipediyanın müxtəlif aspektlərinə dair bacarıqlar əldə etmiş, öyrəndikləri nəzəri bilikləri praktiki tapşırıqlarla möhkəmləndirmişlər. Vikipediyanın Azərbaycan dili bölməsinin idarəçiləri tərəfindən keçirilən təlimdə təlim vəsaiti kimi “Vikipediyaçıların masaüstü kitabçası” istifadə edilmişdir.

Təlimçi Tərxan Paşazadə təlimlə bağlı fikirlərini “VikiHərəkat”-la bölüşmüşdür: “Artıq RİTN-in dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının icra etdiyi “VikiHərəkat” layihəsi çərçivəsində ilk təlim başa çatmışdır. Bir təlimçi kimi şəxsən mənim üçün bu təlimin böyük əhəmiyyəti oldu. İştirakçıların vikipediyaya olan maraq və diqqətlərindən çox məmnun oldum. Bu təlim bir daha sübut etdi ki, Azərbaycanda virtual məkana, xüsusilə də Vikipediyaya böyük maraq var. Cəmiyyətimizin inkişafında vikilayihələrin rolu günü-gündən artmaqdadır. Çünki biz bu istiqamətdə fəaliyyətimizi könüllü olaraq böyük həvəs və zövqlə təkmilləşdirib, inkişaf etdiririk”.

Qeyd edək ki, VikiHərəkat çərçivəsində regionlarda keçiriləcək təlimlər oktyabr-noyabr aylarında baş tutacaq.

Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipedia” könüllülük hərəkatının yayılmasından ibarətdir.

TƏDBİRDƏN ŞƏKİLLƏR: http://agta.az/2013/09/23/baki-s%C9%99h%C9%99rind%C9%99-vikit%C9%99limcil%C9%99rin-t%C9%99limi-kecirildi/

post

Vikihərəkat çərçivəsində təlimlər başlayır

“Vikihərəkat” layihəsi çərçivəsində 21-22 sentyabrda Bakı şəhərində keçiriləcək “Təlimçilərin təlimi” üçün ərizə qəbulu başa çatıb. Layihənin Bakı-Sumqayıt, Şimal, Cənub, Mərkəz və Qərb regionlarından olan iştirakçılar Xaçmaz, Lənkəran, Neftala, Ucar, Sabirabad, Şirvan, Gəncə və digər regionları təmsil edir. 21-22 sentyabrda Olimpik oteldə keçiriləcək təlimlərə Vikipeidiyanın Azərbaycan dili bölməsinin idarəçiləri Tərxan Paşazadə və Sultan Hümbətov rəhbərlik edəcək. Qeyd edək ki, təlim iştirakçılar üçün xüsusi hazırlanmış “Vikipediyaçının masaüstü kitabçası” əsasında keçiriləck. Bu kitabça eyni zamanda universitetlər və kitabxanalara paylamaq üçün nəzərdə tutulmuşdur. VikiHərəkata qoşulan hər bir kəs 23 sentyabrdan etibarən bu kitabçanı AGTA-nın Bakı şəh. İstiqlaliyyət küçəsi 23, m.7 ünvanında yerləşən ünvanından pulsuz əldə edə bilər. Kitabçanın əhatə etdiyi mövzular, həmçinin layihə saytında (viki.agta.az) yerləşdirilmişdir.