post

Sabah Şirvan şəhərində VİKİHƏRƏKAT layihəsi çərçivəsində növbəti təlim keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi çərçivəsində Vikipediya ilə bağlı növbəti təlim sabah – noyabrın 2-də Şirvan şəhərində keçiriləcək. Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.

Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

post

Facebook bir milyard dollar ödədi, lakin bu şirkəti ala bilmədi

Facebook hər gün 350 milyon şəklə ev sahibliyi edən Snapchatı bir milyard dollara almaq istədi lakin onun bu təklifi rədd edildi. Külli miqdarda sərmayə qoyulmuş texnologiya firmalarının bəziləri müflis oldu və müflis olan şirkətlərin sayı getdikcə artmaqdadır. Bu vəziyyət sərmayəçiləri narahat edir. Lakin Facebook məqsədinə çatmaq üçün böyük risklərə belə hazırdır. Texnologiya şirkətlərinin belə bir vaxtında məşhur şəkil paylaşma tətbiqetməsi olan Snapchata bir milyard dollar təklif etmək məhz cəsarət göstəricisidir. “The Wall Street” jurnalına əsasən, Snapchatın baş icraedici direktoru Evan Spiegel Facebookun bu səxavətli təklifinə yox cavabı verib. Keçən il Facebook bir milyard dollar ödəyərək İnstagramı satın almışdı. Facebook hər gün 350 milyon şəkil paylaşılan Snapchatı almaqla Vine qarşı böyük bir üstünlük qazanmış olacaqdı. Əlbəttə ki, bu bol sıfırlı rəqəmlərin arxasında gənclərin Facebooka günbəgün itən marağı da dayana bilər. Facebook Snapchatı almaqla bağlı təklif irəli sürməzdən əvvəl onun kopyasını yaratmğa cəhd etdi və Poke adlanan şəkil paylaşmaq tətbiqetməsi hazırladı. Lakin Snapchatın klonu olaraq tanınan bu tətbiqetmə az müddət sonra fəaliyyətini dayandırdı.

post

“Türkpedia” yaradılacaq?

Türk Tarix Qurumunun sədri Metin Hülagü bildirib ki, Vikipediyadan yeni bir Türkpedia yaratmaq istəyirlər. Hazırda bu işin əsasları ilə məşğul olan Metin bəy bildirib ki, artıq insanların rəflərdəki kitablardan deyil, onlayn ensiklopediyalardan yararlandığını əsas götürərək, Vikipediyaya bənzər türk əsaslı onlayn ensiklopediya yaratmaq lazımdır. Bu, həm də doğru məlumat əldə edə bilmək üçün önəmlidir. Vikipediyada hər kəs bildiyini, doğru və ya yanlış şəkildə paylaşdığı üçün türk mədəniyyətini, incəsənətini özündə düzgün əks etdirən yeni bir platformaya ehtiyac var.
MEtin Hülagü bildirin ki, yeni ensiklopediyanın adı Türkpedia olmayacaq, bu sadəcə işin mahiyyətini əks etdirmək üçündür.

Müəllimlərə Facebookdan istifadə qadağan olundu

Almaniyanın Yeynland Pfalz əyalətində müəllimlərin sosial şəbəkələrdə şagirdləri ilə dost olmaqları qadağan edildi. “Bild” qəzetinin verdiyi məlumata görə, Yeynland Pfalz əyalətində müəllimlərin Facebook və oxşar sosial şəbəkələrdə müəllimlərin şagirdləri ilə dost olmağı, dərs qeydlərini paylaşmaqları, tapşırıq verməkləri və ya gəzintiyə çıxmaq kimi planlar qurmaqlarına qadağa qoyulub. Qadağanın səbəbi kimi isə Facebook-un şəxsi məlumatları dəyərləndirən platforma olması və bununla tədris müəsissəsinin təhsilvermə öhdəliyini pozması göstərilib.

Tvitterdən növbəti yenilik

Facebook-dan sonra dünyada ən çox istifadəçisi olan sosial media saytı Tvitter tətbiqetmələr üzərində işləməyə davam edir. Belə ki, Tvitterdə birbaşa ismarış göndərə bilmək yeniliyi tətbiq edildi. Bundan sonra sosial media saytı istifadəçilərinə birbaşa ismarış ala bilmək imkanı təqdim edəcək. Yəni, əgər istifadəçi bu seçimi işarələyərsə, hər kəsdən birbaşa ismarış qəbul edə biləcək. Bildiyiniz kimi, indiyə qədər Tvitterdə bir nəfərə birbaşa ismarış göndərə bilmək üçün həmin adamı izləmək lazım idi. Lakin, artıq belə bir çətinlik olmayacaq. İndi siz özünüz seçə biləcəksiniz, əvvəlki kimi yalnız izləyicilərinizdən ismarış ala bilərsiniz ya hər kəsdən birbaşa olaraq ismarış qəbul edə bilərsiniz.

post

Internet olmadan YouTube-da video izləyə biləcəksiniz

Google mobil YouTube tətbiqetməsində internetə qoşulmadan video izləməyin mümkün olacağını açıqladı. Istifadəçilər limitsiz və sürətli internetə qoşulduqları vaxtda izlədikləri YouTube videolarını yaddaşa yazıb sonra internetə qoşulmaqda çətinlik çəkdikləri yerlərdə telefonlarının yaddaşından izləyə biləcəklər. Bu videolar daxilində bir reklam olarsa, video offline olaraq açılacaq. Telefon yenidən internetə bağlandıqda reklam və videoların izlənmə sayı sistemə əlavə olunacaq. Internet bağlantısı olmadan yaddaşda saxlanılan videoları izləmək üçün zaman çərçivəsi olaraq 48 saat müəyyən edilib. Bu funksiyadan sadəcə istəyənlər istifadə edə biləcək.

post

Öldükdən sonra sosial media hesablarımız necə olacaq?

Həyatımızın bir çox anlarını rəqəmsal aləmdə paylaşmağımıza baxmayaraq öldükdən sonra hesablarımıza nə olacağı barədə heç düşünmürük.

 

Rəqəmsal ölüm mövzusunu araşdıran internet saytı Digital Beyond-dan Evan Caroll bildirir, “Həyatımız boyu yaddaşda saxladığımız rəqəmsal məlumatlar fikizi məlumatlardan daha çoxdur. Ancaq bunlara biz öldükdən sonra nə olacağını hələ də ciddi qəbul etmirik.”

Bu mövzu ilk dəfə gündəmə 2011-ci ildə 15 yaşlı Eric Rashın intihar etməsi və intihar səbəbini öyrənmək istəyən ailəyə Facebook tərəfindən hesaba daxil ola bilmə icazəsi verilməməsi zamanı gəlmişdir.

ABŞ-ın Virciniya əyalətində yaşayan Rash ailəsi oğullarının hesabına daxil ola bilmək üçün məhkəməyə müraciət etmişdi. Ancaq “rəqəmsal varlıqlar”ın idarəsi məsələsinə müdaxilə edən heç bir qanuni təşkilatçılıq olmadı.

Bu ailənin faciəvi mübarizəsi internetin ölüm hallarına müdaxilə etməkdə hazırlıqlı olmadığını göstərən dəlillər arasına qoşuldu.

 

Rəqəmsal çağda ölümə hazırsınız?

 

İki ildən sonra bir neçə ölkədə ölüm halı baş verərsə müəyyən məlumatları əldə edə bilmə hüquqlarında bəzi düzəlişlər edildi.

Google da bu sahədə tədbirlər gördü. Belə ki, diqqətli araşdırmadan sonra e-poçtlar ehtiyat üçün hətta heç bir təlimat olmadıqda belə tədqiq edilə bilir.

FacebookYahoo isə məhkəmə qərarı olmadan hər hansı bir şifrəni vermir. Lakin Facebook ölənin yaxınlarına hesabı bağlama və ya anma səhifəsinə çevirmə kimi seçimlər təqdim edir.

Ancaq bir çox internet şirkəti bu sahədə hələ çox geridədir.

 

Rəqəmsal “vəsiyyət”

 

Bəs onda rəqəmsal kimliklərimizi niyə bilinməz saxlayırıq?

Problemin bir tərəfi internet istifadəçilərinin ölüm haqqında düşünməyəcək dərəcədə cavan olmalarından qaynaqlanır.

Ancaq əksəriyyət yaşlandıqca “rəqəmsal vəsiyyət” hazırlama məsələsi daha çox aktuallaşır.

İnternetdəki bütün hesablarınıza giriş məlumatlarını saxlayaraq bir nəfərə saxlamağa vermək şansını təmin edən Cirrus Legacy adlı şirkətin qurucularından biri olan Paul Golding bildirir, “Minlərlə insan bizə müraciət edib. İnsanlar nə qədər çox şey itirəcəklərinin fərqindədirlər.”

İnternet həyatınızdakı detalları vəsiyyətə daxil etməniz mümkün deyil, çünki bunlar hamının görə biləcəyi şeylərdir. Amma vəsiyyətdə bu məlumatları necə əldə edə bilməyin mümkünlüyü göstərmək olar. İstifadəçi adları və şifrələr tez-tez dəyişdiyinə görə həmin qurumy tez-tez məlumatlandırmaq lazımdır. Bu məlumatları 3-cü bir qurumda saxlamaq isə olaraq tanınır ki, bu da bir model olaraq getdikcə daha çox məşhurluq qazanır.

My Wonderful Life adlı veb əməliyyatı istifadəçilərinə öldükdən sonra sevdiyi insanlaramesaj göndərmə şansı verir. Ifidie(if i die-əgər ölsəm) adlı Facebook tətbiqetməsi isə öldükdən sonra bir zarafatı, lətifəni və ya etiraf videosunu paylaşmaq imkanı təqdim edir.

 

“Rəqəmsal çevrə” yaratmağın riskləri

 

Ancaq bütün bunların riskləri də az deyil.

Bütün məlumatlarınızı bir yerdə toplamaq hacker hücumu zamanı sizi çətin vəziyyətə düşürə bilər.

Bütün internet saytları hesaba ancaq hesabın sahibinin girə bilməsinə icazə verir. Ailə üzvləri belə olsa başqalarının həmin məlumatlardan istifadə etməsi qanundankənardır.

İtirdiyiniz yaxınınızın bilmədiyiniz tərəfinin ortaya çıxması onun xoşuna gəlməyə bilər.

Bütün çatışmazlıqlardan sonra Digital Beyond-dan Evan Carroll internetdəki bütün hesablarınızı şifrələri ilə birgə bir kağıza yazıb güvəndiyiniz birinə verməyinizin zərərsiz olacağını deyir.

” Bir çox insan internetdə əhəmiyyətli bir şeyinin olmadığını deyir. Ancaq hər hansısa məlumatın bir gün onun ailəsi üçün dəyərli olacağını da bilə bilməzsiniz.” Carroll deyir.

Mənbə:  BBC- Joe Miller

Disney Research, ekranda olan obyektlərin hiss edilməsi üçün yeni bir texnologiya yaradıb

Hal-hazırda sensor ekranlar bir çox müxtəlif cihazlarda istifadə olunur. Onları gün-gündən daha da inkişaf etdirərək insanaların texnologiyadan maksimum yararlanmasını təmin edirlər. Disney Research də bu sahədə öz addımlarını atıb.

Tactile-Bump-bugx

3D ölçülü xovlama və dərinliyi ölçmə bacarığına malik bir cihazla onlayn aləmə ötürülən obyektləri xüsusi alqoritm ilə düz ekran üzrərində istifadəçiyə hiss etdirə bilən sistem bu hissiyyatı barmaqla ekran arasında meydana gələn elektrostatik enerjinin gərginlik dəyişməsi ilə təmin edir. Məsələn, əgər hər hansı bir obyektin ortasında aşağıya doğru əyilmə varsa sistem bunu insanın barmağının ekranda durma formasına əsasən ölçür və istifadəçinin barmağına az və ya çox gərginlik tətbiq edərək həmin əyilməni hiss etdirir.

Tactile-Bump-image4b

Bu isə xüsusilə gözdən əlillər üçün təmin etdiyi hissiyyat ilə bir addım rəqiblərindən öndədir.

http://www.youtube.com/watch?v=zo1n5CyCKr0

 

Mənbə: http://www.disneyresearch.com/

post

İki texnologiya nəhəngi birlikdə işləyəcəkmi?

Google Glass uzun müddətdir ki, hər kəsin diqqət mərkəzindədir. Təqdim edilməsə də bu gözıüklər üçün tətbiqetmələr hazırlanır və testlər son sürətə davam edir.

Ancaq bu ərəfədə ortaya çıxan daha bir şayiə də Samsung şirkətinin öz gözlüklərini hazırlamasıdır. Glass Gear adlı gözlüyün Google Glass-a oxşadığı deyilir. Ancaq Samsung və Google-un bu işdə ortaq, yoxsa rəqib olduqları hələ məlum deyil. Samsung-un öz gözlüklərini 2014-cü ilin Aprel və May aylarında təqdim edəcəyi deyilir. Samsung-un öz gözlüyündə “Glass” sözünü istifadə etməsi Google vasitəsilə hazırlanmış Samsung gözlüyü olduğu şübhəsini artırır. Samsung və Google-un Android sahəsindəki yaxın iş ortaqlığının ardınca Samsung-un Google-a aid “Glass” markasını götürüb özünə aid bir məhsulda icazəsiz istifadə edərək narazıçılıq yaratmayacağı düşünülür. Qısası Samsung-un rəqəmsal gözlük layihəsinin Google-un gözlüyü üstündə yaradılmış bir layihə olma ehtimalı olduqca böyükdür.

iPad 5-dən yeni görüntülər

Apple-ın yeni iPad-inə aid olduğu deyilən yeni görüntülər Sonni Dikson tərəfindən yayımlanıb.

21767448

Görüntülərə görə yeni iPad özündən əvvəlkinə nisbətən daha nazikdir. Rəngi isə “kosmos bozu”dur. Bu rəng ilk dəfə iPhone 5S-də istifadə edilib.

Deyilənlərə görə Apple-ın qızılı rəngli iPad-lə insanlara sürpriz etməsi də mümkündür.

Daha bir iddia isə Apple-ın yeni iPad-lərini Noyabrın 22-də təqdim edəcəyidir.

21767464