2013-cü ilin ən yaxşı texnologiya kəşfləri

Beyin hüceyrələrinin ölməsinin qarşısını alan protein
Beyinə gedən damarların tutulması nəticəsində oksigensiz qalan beyin hüceyrələrinin kısa müddət ərzində ölməyə başladığı və bu halın ifliclə nəticələndiyi məlumdur. Oksford Universiteti tədqiqatçıları beynin bir hissəsinin hamartin adlı protein istehsal edərək uzun müddət oksigensiz yaşaya bildiyini aşkarlamışdır.
Professor A. Buchan beyində hafizə və səmti təyin etmədə mühüm rolu olan hipokampus adlı hissədəki hüceyrələrin beyin oksigensiz qaldığı zaman hamartin ifraz edərək necə yaşadığını öyrənmişdir. Araşdırma ətraflı şəkildə Nature Medicine jurnalında yayımlanmışdır.

Harvardın qanadlarını çırparaq uçan mikro robot
Harvardda 12 ildir robot təkmilləşdirmək üçün araşdırma aparan Professor R. J. Wood və komandası robotun bütün hissələrini özləri düzəltmişlər. Robot saniyədə 120 dəfə qanadını çırpır. Boyu 3 santimetr, ağırlığı isə 0.080 qramdır. Qanadların gözlə görünməyəcək dərəcədə sürətlə çırpılması üçün elektrik verdikdə büzülən nazik keramika çubuqlarından istifadə edilib.

Barmaq ucu qədər həssas dəri
ABŞ-da Georgia İnstitute of Technology-də Professor Z. L. Wang ağıllı süni dəri hazırlayıb. Süni dəridə 8 min yarımkeçirici var. Bunlar təzyiq altında bir-birində asılı olmadan elektrik istehsal edir. Hər yarımkeçirici insanın barmaq ucu kimi 10 kq paskal təyiqini hiss edir. İşin detalları Science jurnalında dərc olunacaq. Bu dəri ilə robotlar həssas işləri görə biləcəklər.

Qatlana bilən və elastik batareya
ABŞ-da Northwestern və Illinois Universitetlərinin ortaq işi nəticəsində qatlana bilən batreya hazırlanıb. Çox kiçik 100 litium ion batareyası elastik kabellərlə bir-birinə bağlanıb. Elastik plastik ləvazimatın üzərində erləşdirilmiş batareya uzaqdan enerji yığdığı üçün kabelli elektrik toplama cihazına ehtiyac duyulmur. Qatlana bilən computer və televizorlar eçen lazımlı olan bu batareyanın uzaqdan enerji yığması əhəmiyyətli bir inkişaf kimi qəbul edilir.

Molekulları hərəkət etdirməklə dünyanın ən kiçik cizgi filmi çəkilib
BBM tədqiqatçıları karbon monoksid molekullarını Scanning Tunneling Microscope ilə hərəkət etdirərək dünyanın ən kiçik cizgi filmini çəkib. Tədqiqatçı professor H. Rohrer və G. Binnig 1981-ci ildə bu mikroskopu təkmilləşdirib 1986-cı ildə Fizika üzrə Nobel mükafatı almışdır. Bu mikroskop ilə əşyaların səthi atom səviyyəsində görünür. Tədqiqatçılar “Uşaq və Atomu” adlı cizgi film çəkmişlət. Molekul vasitəsilə uşağın və topunun şəkli düzəldilib. Mikroskopda karbon monoksid molekulundakı oksigen atomu nöqtə kimi görünür. Bu üsulla 242 fərqli şəkil hazırlanaraq 94 saniyəli cizgi film çəkilib.

ABŞ-da laboratoriyada düzəldilmiş böyrəyi siçana qoşduqda işləyib
ABŞ-ın Massachusetts General xəstəxanasında laboratoriya şəraitində regenerasiya edilmişsiçan böyrəyi başqa bir siçana taxıldıqda ifraz etməyə başlayıb. Dr. Harald Ott əvvəl damarların regenerasiya edildiyi texnikanı istifadə edərək böyrəyi əmələ gətirib və ilk dəfə tam bir orqan regenerasiya edilmiş olub. Əvvəlcə ölmüş siçanın böyrəyi götürülərək xüsusi mayesi olan yuma cihazına qoyulubş Mayedəki ferment və parçalayıcı maddələr böyrəkdəki ölü siçana aid hüceyrələri parçalayaraq təmizləyib. Yerdə qalan isə böyrəyin skeleti olan vəbal pətəyini xatırladan qəlib qalıb. Sonra təzə doğulmuş siçandan alınan böyrək hüceyrələri xüsusi şəraitdə bu qəlibə calaq edilərək böyrək toxumaları əmələ gətirilib.

post

“Ağıllı” telefonlardan sonra “ağıllı” üzüklər

Artıq ağıllı üzüklər dövrü başlayır. Geyinilə bilən texnologiya bazarı yeni bir cihaza ev sahibliyi edir.

Smarty Ring adlanacaq olan bu cihaz Bluetooth 4.0 əlaqəsinə sahib bir üzükdür.
Bu üzük zənglərə cavab vermək, zəng etmək, bildirişlər göndərmək, telefonun kamrerasını işə salmaq və musiqini idarə etmək kimi funksiyalara sahib cihazdır.

Ağıllı üzükdən isifadə edə bilmək üçün ilk öncə iOS və ya Android olan telefonunuza Smarty Ring tətbiqetməsini yükləmək lazımdır. Bunun ardınca Bluetooth 4.0 texnologiyası ilə telefonla əlaqə quran cihaz telefonunuza gələn məlumatları sizə bildirir.
Aparılan araşdırmalara görə, telefon istifadəçiləri gündə 150 dəfə sadəcə hər hansı bildiriş gəlib-gəlmədiyini yoxlamaq üçün telefona baxırlar. Bu rəqəm “ağıllı üzüyün” əhəmiyyətini daha da artırır.
Asanlıqla enerji yığa bilməsi ilə istifadəsini daha da asanlaşdıran bu üzüyün enerji yığması üçün barmağınızdan çıxarılmağa ehtiyacı yoxdur.
Üzük eyni zamanda qol saatı kimi rəqəmsal saat kimi də istifadə edilə bilir.
Cihaz 2014-cü ildə təhvil veriləcək.files

Bütün Vikipediya 30 saat ərzində sizin iş masanıza yüklənə bilər

Açıq mənbəli tətbiqetmə vasitəsilə Vikipediyadakı materialların kompüterinizin iş masasına köçməsi üçün bir gündən artıq vaxt lazımdır.

Xowa tətbiqetməsi 4.4 milyon Vikipediya məqaləsini HTML formatla oflayn şəkildə istifadəçilərə təqdim edir.

Main-Page-XOWA-_001

Siz hətta Vikilüğət, Vikisitat kimi əlavə vikiləri də yükləyə və oflayn şəkildə onlar arasında naviqasiya edə bilərsiniz. Məsələn, siz “Bu sözü Vikilüğətdə axtarın” düyməsinə sıxırsınız və Vikilüğət səhifəsi açılır.

Xowa “Sadə Vikipediya”ya (“Simple Wikipedia”) dəstək verir. Dünəndən etibarən bu proqram Vikipediyanın İngilis dilli versiyası üçün yenilənib.

post

Mobil kommunikasiya sürətlənir

Qlobal Mobil  Tədarükçülər Birliyinin hesabatına əsasən, may ayında 70 ölkədə 175 ədəd 4G və ya LTE şəbəkəsi, 83 ölkədə 222 ədədə qədər yüksəlib.

Hesabatda son bir il əzində 109 yeni 4G şəbəkəsinin istifadəyə verildiyi bildirilibş GSA 138 ölkədə 474 mobil operatorun 4G mövzusunda işlədiyini və ilin sonunda 93 ölkədə 260 şəbəkəyə çatacağının təxmin edildiyi bildirilib.

Cihazların da sayı artıb

Birlik 4G şəbəkəsinin artmasına paralel olaraq bildirib ki, bu sitemə uyğun cuhaz sayı da artaraq 240 ədədə çatıb.
Hesabata əsasən 2011-ci ilin əvvəlində sayı 63 olan cihazlar, 2012-ci ildə 269 idisə, bu ilin avqustunda 666 və noyabrda isə 1240-a çatmışdır. Hesabatda istehsalçı sayının da son 3 ildə 44% artdığı bildirilib.
Smartfonların 455 ayrı modellə ən böyük 4G kateqoriyası olduğu bildirilən hesabatda bu cihazların 99%-inin mövcud 3G sistemləri ilə də işləyə bildiyi vurğulanıb.

Hesabatda hər ötən gün yeni4G mobil şəbəkəsinin xidmətə verildiyini və bu şəbəkə üzərindən işləyə bilən cihaz sayının da artdığı burğulanıb.

 

post

VikiHərəkat Azərbaycan Texniki Universitetində

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsinin icrası davam edir.

Bu gün (14 noyabr)  AGTA Azərbaycan Texniki Universitetində  “VikiHərəkat” layihəsinin təqdimatını keçirmişdir.

Təqdimatda “VikiHərəkat”, onun məqsədi, vəzifələri, hərəkata qoşulma qaydaları ilə yanaşı, “Viki” texnologiyaları, o cümlədən “Vikipediya”-onlayn ensiklopediyası barədə məlumatlar verilmiş, onun əhəmiyyəti və ensiklopediyada iştirak qaydaları da əhatə edilmişdir. Bundan əlavə, təqdimatın ikinci hissəsində “Vikipediya”da məqalələrin yerləşdirilməsi, redaktəsi, şəkillərin, mənbələrin, keçidlərin yerləşdirilməsi əyani şəkildə nümayiş etdirildi.

Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur.

“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

IMG_9054 IMG_9055 IMG_9056 IMG_9058

post

5G Texnologiyası

Avropa Birliyi(AB) mobil əlaqədə beşinci nəsil texnologiya olan 5G-nin 2020-ci ildən həyata keçirilməsini təsdiqləyib.

 

İsveçin ən böyük təhlükəsizlik və əlaqə şirkəti olan Ericsson-un liderliyinə davam edən 5G-yə keçid üçün AB ölkələri ilə birgə Yaponiya, Cənubi Koreya və Çin ilə ortaq işlər aparılır.
Layihədən məsul olan şəxs Afif Osseiran bildirib ki, “5G-nin ehtiyac duyulan və 2020-ci ilədək həyata keçirilməsinin məcburiliyi olan texnologiya yeniliyi olduğunu düşünürük”.
Osseiran “3G versiyalarında verilənlərin köçürülmə sürəti 28 megabit idisə, 4G-də bu sürət 100 megabit idi. 5G-də bu sürət gigabit səviyyəsinədək yüksələ bilir.” deyib.

“Viki abidələri sevir” Ukrayna qaliblərini müəyyənləşdirdi

“Wiki Loves Monuments” (Viki abidələri sevir) beynəlxalq foto müsabiqə çərçivəsində Ukrayna Vikimediası Ukraynananın gözəl məkanlarını əks etdirən on beş ən yaxşı fotonu müəyyənləşdirdi. Müsabiqədə birinci yeri Svyatoqorski monastrında yerləşən “ Nikolay kilsə”-sinin fotosu ilə Dmitriy Balxovitin qazandı. İkinci yeri Yevpatoriyada yerləşən “ Cümə-Camisi” məscidinin fotosuna görə Yevqeniya və Olqa Maxonkalar, üçüncü yeri isə Xmelnitçində yerləşən “ Medzibiz qalası”-nın fotosuna görə Vadim Posternak tutdu. Beynəlxaq foto müsabiqə olan “ Viki abidələri sevir” 1-30 sentyabr 2013-cü il tarixində keçirilib, bu müddər ərzində peşəkar və həvəskar fotoqraflar öz işlərini Viki-xəzinəyə yerləşdirməli idilər.

 

Mənbə: news.bigmir.net

post

Google Internet Explorer 9-a dəstəyini dayandırır

Google onlayn tətbiqetmələrin olduğu Google Apps dəstəyini IE 9-dan çəkir.

 

Axtarış sistemi olan nəhəng Google içərisində Google Docs, google Drive kimi bir çox populyar xidmətlərin olduğu Google Apps dəstəyini IE 9-dan çəkməyə hazırlaşır. Gələn həftələrdə dəstəyin geri götürülməsi ilə İnternet Explorer istifadə edənlər artıq Google-un bu xidmətlərindən faydalana bilməyəcəklər.

Windows 7 və digər əməliyyat sistemi istifadə edən istifadəçilər İnternet Explorer 10 və ya 11-I istifadə edə bilər və ya IE xaricində bir brauzer istifadə edə bilərlər.

 

post

Texnologiya nəhəngi məhv oldu

Smartfon bazarında rəqabətdə uduzan və satış müddətinə daxil olan Blackberrydə satış müddəti ləğv edilib. Şirkətin sədri də öz yerindən olduqda, şirkəti bazar qiyməti bir gündə 19 faiz düşüb.

Kanadalı smartfon telefon istehsalçısı Blackberrynin satış müddəti ləğv edildikdən sonra Blackberry tərəfindən edilən açıqalamada bunun yerinə şirkətin hissə sahiblərindən Fairfax və digərlərini təhvil alaraq Blackberry-yə 1 milyard dollar sərmayə qoyacağı bildirilib. Bundan başqa, Blackberry-nin direktoru Thorsten Heinsin yerinə müvəqqəti olaraq John Chenin keçəcəyi bildirilib. Smartfon bazarındakı itkini bu ilin sonundan çıxardığı yeni sistem olan BB10 ilə işləyən Z10 və Q10 ilə də dayandıra bilməyən Blackberry-də, ötən sentyabrda şirkətin hissə sahiblərindən olan Firefaxın liderlik etdiyi konsorsiumun Blackberryni 4.7 milyard dollara satın alacağını bildirmişdir.

post

VİKİHƏRƏKAT ŞİRVANDA: TƏLİMƏR DAVAM EDİR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində regionlar üzrə təlimlər davam edir. Bölgələr üzrə üçüncü təlim noyabrın 2-də Şirvan şəhərində keçirildi.

Şirvan şəhərində keçirilən təlimdə Mərkəz bölgəsini təmsil edən iştirakçılar onlayn ensiklopediya olan Vikipediyanın mahiyyəti, məqsədi və müxtəlif aspektləri haqda nəzəri məlumatlandırılmış və Vikipediyada işləməyə dair praktiki bacarıqları əldə etmişlər. Təlimdən sonra sərbəst şəkildə Vikipediyada məqalə yerləşdirə bilmələri üçün iştirakçılar “Vikipediyaçıların masaüstü kitabçası” ilə təmin olundu.

Regionlar üzrə təlimlərin məqsədi təkcə paytaxt Bakıda deyil, regionlarda da Vikipediya könüllülük hərəkatını təbliğ etmək və yaymaqdır.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

IMG_4527

IMG_4524IMG_4516IMG_4566IMG_4498IMG_4576