2012-ci ildə ingilis Vikipediyasında ən çox baxılan məqalələr

1. Facebook- 32 647 942 baxış 2. Wiki (Viki) – 29 613 759 baxış 3. Deaths in 2012 ( 2012-ci ildə baş vermiş ölümlər) -25 418 587 baxış 4. One Direction ( Böyük Britanya musiqi qrupu) -22 351 637 baxış 5. The Avengers (“Qisascılar” film) – 22 268 644 baxış 6. Fifty Shades of Grey ( “Bozun əlli çaları”) -21 779 423 baxış 7. 2012 phenomenon (2012-ci il fenomeni)- 20 619 920 baxış 8. The Dark Knight Rises ( “Qara cəngavərin yüksəlişi”)- 18 882 885 baxış 9. Google- 18 508 719 baxış 10. The Hunger Games ( “Aclıq oyunları”) – 18 431 626 baxış

2012-ci ildə Google-da ən çox axtarılanlar

Google hər il Zeitgeist siyahısında həmin il üçün ən çox axtarışa verilən adlar, hadisələr və trendləri açıqlayır. 2012-ci il üçün də dünyanın əllidən çox ölkəsində ən çox axtarışa verilən başlıqları və şəxs adlarını açıqlayıb. 2012-ci il üçün dünyada trend olan axtarış Uitni Hyuston başlığı olub. Sıralamada ikinci yeri “Gangnam Style” tutur. Digər sıralamalar isə belədir: Dünyada trend olan axtarışlar 1. Uitni Hyuston 2. Gangnam Style 3. Sandi qasırğası 4. iPad 3 5. Diablo 3 6. Keyt Middleton 7. 2012 Olimpiya yunları 8. Amanda Todd 9. Mişel Klark Danken 10. BBB12

Nokia ilə bağlı daha bir məlumat sızıntısı

Bu dəfə məlumat Lumia mobil telefon və ya tabletləri ilə bağlı deyil evleaks.com yenə iş başında… bu dəfə “Storyteller” adlı bir Nokia tətbiqetməsinin iki ekran görüntüsü ortaya çıxıb. Görüntülər bu tətbiqetmənin də maraqla gözlənən Bandit ve Sirius tabletləri kimi iri ekranlı cihazlarda tətbiq olunacağı təssürratını yaradır. Tətbiqetmənin funksiyası isə Windows 8WP üçün xüsusi foto albom təmin etməkdi. Istifadəçilər bu albomun sayəsində zaman xəttinə,öz favoritlərinə, paylaşılanlara və xəritə əsasında axtarış imkanlarına sahib olacaqlar. Şəklin sağ tərəfinin böyüdülmüş versiyasına baxdıqda “My tablet” menyusu görünür, bu da tətbiqetmənin tabletlərlə vahid şəkildə işləyəcəyini fikrini ortaya çıxarır. 22 noyabrda Nokia şirkətinin keçirəcəyi təqdimatda iri ekranlı cihazlarla yanaşı, Storyteller tətbiqetməsinin də təqdimatını keçiriləcəyi gözlənilir.

post

WhatsApp proqramını SİM kartsız istifadə edin

WhatsApp proqramını SİM kart olmadan sabit xətt üzərindən istifadə edə bilərsiniz. Etməli olduğunuz tənzimlənmələr isə belədir:

1.WhatsApp-ı quraşdırdıqdan sonra sizdən bir telefon nömrəsi istəyəcək. Bura sabit xətlə işləyən bir telefon nömrəsi daxil edin.

2.Daha sonra WhatsApp sizə sms göndərəcək və sizdən bu ismarışdakı kodu daxil etməyinizi istəyəcək. Sabit xətt vasitəsilə bu ismarışı görə bilməyəcəyinzə görə, beş dəqiqə sonra sizə zəng edib bu kodu öyrənmək istəyib-istəmədiyiniz soruşulacaq.

3. Təsdiq cavabı verdiyiniz halda sizə zəng edilib bu kod bilidiriləcək.

4. Kodu öyrəndikdən sonra kəmin şifrəni sistemə daxil edəcəksiniz. Nəticədə, SİM kart istifadə etmədən WhatsApp proqramından istifadə edə biləcəksiniz.

post

Tamil Vikipediyası 10 yaşını qeyd edir

Sentyabrın 30-da Tamil Vikipediyasının yaranmasının 10 ili tamam oldu. Bu münasibətlə Çennnaidə yubley tədbirləri keçirilib. Bu il bir çox hind dilli Vikipediyaların yaranmasından 10 il keçir. Hindi, marati,tamil, kannada, qucarat, sindi, kəşmir və sanskrit dilli Vikipediyaların əsası məhz on il əvvəl qoyulub. Tamil Vikipediyasının on illiyi münasibəti ilə sentyabrın 28-i və 29-da bayram tədbirlər keçirilib. Hal-hazırda tamil Vikipediyasında 965 min istifadəçi fəaliyyət göstərir. 56 000 məqalə mövcuddur və təqribən gün ərzində 175 000 səhifəyə baxış olur. Yubley tədbirində tamil dilli Vikipediyanın ilkin yaradıcıları və hazırkı fəalları iştirak edib, Tamil Vikipediyasının tarixi inkişafından danışıb. Qeyd edək ki, Tamil Vikipediyasında ilk redaktə on il əvvəl Şri-lankalı memar Mayuranathan tərəfindən edilib. O, ilk səkkiz ayda fəaliyyət göstərən yeganə redaktor olub. “Wikimedia Chapter (India)” yaradıcılarından biri olan Sundar Lakşmanan isə Tamil Vikipediyasına qoşulan ikinci redaktor olub. O, Mayuranathana lazımi texniki dəstəyi göstərib.

post

Pakistandan Skype qadağası

Pakistanın ikinci ən böyük əyalətində Skype və digər internet üzərindən kommunikasiya yaratmağa imkan verən veb saytlara təhlükəsizlik məqsədilə qadağa qoyuldu. Sind əyalətinin İnformasiya naziri Şarjil İnam Memon bildirib ki, terrorçular bu kommunikasiya saytlarının vasitəsilə Karaçidə əməliyyatlara başlamaq üçün bir- biri ilə danışıqlar aparırlar. Nazir qadağanın ən az üç ay ərzində davam edəcəyini deyib. Qadağa Skype, WhatsApp, ViberTango tətbiqetmələrinə şamil olunur, FacebookTwitter-in adı isə qadağan olunmuş saytlar arasında yoxdur. Lakin bu qadağanın Pakistan Telekommunikasiya Şurası tərəfindən təsdiqlənməsi lazımdır. Şuranın sözcüsü Baş Nazir Navaz Şərifin də bu cür tələbi olduğunu bildirib. Son bir ildə Pakistanda iki min insanın ölümü, elə bir o qədər də adamın oğurlanması halları baş verib. Rəqib qruplaşmalar getdikcə fəaliyyətlərini artırır. Bu qruplaşmalar arasında Əfqanıstandakı Taliban qruplaşmasının liderləri də var.

post

Facebook İşçiləri üçün Qəsəbə İnşa Edəcək

Facebook-un mərkəzini özündə birləşdirən Menlo Park – Kaliforniyadakı işçi sayı getdikcə artır. Burada şirkət iş yerini tərk etmək istəməyən işçilərə yeni bir alternativ təqdim edəcək: Facebook qəsəbəsi.

Şirkət öz açıqlamasında bildirib ki, işçilər üçün 394 hissədən ibarət qəsəbə tikdirəcək.

120 milyon dollarlıq layihə çərçivəsində tikiləcək olan Anton Menlo adlı qəsəbə 60 min kvadrat metrlik ərazini əhatə edəcək. Qəsəbədə idman meydançalarından tutmuş heyvan sığınacaqlarına qədər hər cür xidmət olacaq.

Facebookda söz sahibi olan şəxslərdən biri mediaya açıqlamasında bildirib ki, qəsəbə Facebook-da işləyənlərin gördükləri işin mükafatlandırılmağa layiq olduğunu bildikləri üçün bunu edirlər.

post

İngiltərə kiber ordu yaradır

İngiltərə kiber hücumların qarşısını almaq üçün hackerlərdən ibarət bir ordu yaradır. Müdafiə naziri Filip Hammond “ müdafiədə inqilab” adlandırdığı yeni ordu haqda açıqlama verib. Ingiltərə hökuməti həm öz təhlükəsizliyini təmin etmək, həm də başqalarına hücum etmək üçün bu orduya yüzlərlə əsgəri cəlb edəcəyini bildirib. Digər ölkələrin də kiber texnologiya üzərində işləməsi haqda məlumatlar var, lakin bu faktlar gizli saxlanılır. Ingiltərənin isə fikir çaşqınlığı yaratmaq üçün bu açıqlamanı etdiyi fərz edilir.

post

Siemens 15 min nəfəri işdən çıxarır

Siemens şirkəti qənaət tədbiri olaraq gələn ilin sonunda 15 min nəfəri işdən çıxarmnaq qərarına gəlib. İqtisadi çətinliklər texnologiya nəhəngi olan alman şirkətini də tədbirlər görməyə vadar edib. Şirkət 2014-cü ilin sonuna qədər bütün dünya üzrə olan işçilərindən 15 min nəfəri işdən çıxaracağını bildirib. Ümumilikdə 370 min nəfərə xidmət edən Siemens təkcə Almaniyada 5 min nəfəri işdən çıxaracaq. Şirkət tətbiq etməyə başlayacağı “Siemens 2014” proqramı çərçivəsində 6 milyarddan çox avro məbləğində qənaət etməyi planlaşdırır.

post

YouTube-dan yenilik

YouTube-un rəsmi blogunda “keçən il hit olmuş musiqiçi və mahnıların mükafatlandırılma mərasimi” olaraq “YouTube Musiqi Mükafatları” təşkil olunacağı bildirilib. Noyabr ayının 3-də Nyu Yorkda keçiriləcək tədbirdə Lady Gaga, Eminem və Arcade Fire də daxil olmaqla bir qrup sənətçi iştirak edəcək. Mükafat namizədləri keçən il ərzində izlənilib paylaşılan videolar arasından seçiləcək. Daha sonra YouTube kanalı olan istifadəçilərdən namizədlər arasından seçdiklərini sosial mediada paylaşmaları istəniləcək. Namizədlər Oktyabrın 17-də açıqlanacaq. Qaliblər isə YouTube-da canlı yayımlanacaq bir tədbirlə elan ediləcəkdir. Nyu Yorkdan canlı yayımlanacaq olan tədbirlə birlikdə Seul, Moskva, London və Rio de Janerioda da nümayiş olunacaq. YouTube Musiqi Mükafatları tədbirində aparıcılığı amerikalı sənətçi Ceyson Şvartsman edəcək.