ÜZV OL

Hörmətli həmkarlar!

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasına üzvlük açıq elan edilir!

Aşağıdakı üzvlük formasını doldurmaqla siz üzvlük üçün müraciət edirsiniz. Üzvlük üçün müraciətinizə baxıldıqdan sonra, sizə bildirilən tarixdə və saatda AGTA-nın ofisinə gəlməyiniz xahiş olunur.

Qeyd: Üzvlük üçün müraciət edən namizədlər müsahibə üçün dəvət edildikdən sonra təyin olunan vaxt dəyişdirilmir və təyin olunan vaxt müsahibə baş vermədikdə, üzvlük üçün müraciət ləğv edilir.

 

AGTA-ya üzvlüyün faydaları:

 

  1. Tərcüməçilərin onlayn bazasında daxil edilmə – AGTA-nın daimi üzvləri barədə məlumatlar elektron bazada yerləşdirili. Bu, müştəriyə birbaşa tərcüməçi ilə əlaqə saxlamağa imkan verir.

  2. Şəbəkələşmə – AGTA üzvləri bir-biri ilə təcrübə və məlumat mübadiləsində iştirak edirlər. Müxtəlif şəbəkələşmə tədbirlərində iştirak etməklə, əhatənizi genişləndirə bilərsiniz.

  3. Hüquqlarınızın qorunması – AGTA üzvləri hüquqları pozulduğu halda, hüquqlarının bərpası üçün AGTA-nın dəstəyindən yararlanırlar.

  4. Endirimlər – AGTA üzvləri AGTA tərəfindən təşkil edilən ödənişli ixtisasartırma kursları, təlimlər, seminarlarda, eləcə də digər tərəfdaş təşkilatların ödənişli tədbirlərində endirim imkanı əldə edirlər. Bundan əlavə, onlar tərəfdaş jurnallar, kompyuter proqramlarını endirimlə əldə etmək imkanına malikdir.

  5. Səs vermək hüququ – tərcüməçi “həyatınızı” təsir edə biləcək məsələlər barədə səs vermək imkanı. Bu o deməkdir ki, siz Assosiasiyanın qərarvermə proseslərində iştirak edə bilərsiniz

  6. Loqodan istifadə – yalnız üzvlər AGTA-nın loqosundan və adından öz tərcümeyi-hallarında, yaxud e-poçt ünvanınlarında imza kimi istifadə edə bilərlər.

  7. Keyfiyyət təminatı –AGTA-ya üzv olan tərcüməçilər Tərcüməçinin Davranış Qaydalarına əməl etmək öhdəliyi götürürlər. Məhz buna görə də bir çox müştərilər AGTA üzvlərini peşəkar tərcüməçi kimi qəbul edirlər.

  8. İşlə təminatda köməklik – AGTA üzvləri Məşğulluq Bazasında qeydiyyatdan keçməklə, ən son iş imkanları barədə məlumat alırlar.

 

 

About Author: agta

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button